• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
22.9° Weather Columbus
$
1.7
€
1.977
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

İRAN PARÇALANA BİLƏRMI? - “Azərbaycan və Türkiyə birgə baxış formalaşdırmalıdır”

10 Yanvar, 26 / 17:21
A A

“Nə Avropa, nə də ABŞ İranın parçalanmasını istəmir…”

Hazırda İranda baş verənlərin hansı məcraya yönələcəyi və nə ilə nəticələnəcəyinə dair müxtəlif ehtimallar olsa da, kənar oyunçuların, xüsusilə də qlobal güclərin maraqları yaşananlara həlledici təsir göstərə bilər. Əgər bu qüvvələrin marağında olsa, hətta prosesin İranın parçalanmasına belə gətirib çıxaracağını istisna etmək olmaz.

Cagdas.az “AzPolitika”ya istinadən xəbər verir ki, Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin sədri Natiq Cəfərli bu mövzuyla bağlı şərhində Azərbaycan və Türkiyənin İranla bağlı ortaq baxış formalaşdırılmasının vacibliyini qeyd edib: “İranda baş verən hadisələr bir daha sübut etdi ki, Azərbaycanda qonşularımızı dərindən öyrənən “beyin mərkəzləri” yoxdur, mütəxəssislər çatışmır, ciddi analitik yazılar, çıxışlar az, emosional yanaşma isə həddən artıq çoxdur.

Açığı, biz Ermənistanı belə öyrənməmişdik (bu gün də öyrənmirik), sadəcə doğru zamanda, doğru qərarlarla Dövlət, Xalq və Ordu üzərinə düşən vəzifəni düzgün yerinə yetirdi və tarixi qələbəmiz rəsmiləşdi.

İranda baş verənlərin səbəbləri, doğuracaq nəticələr, Azərbaycanın müxtəlif ssenarilərə hazırlığı, bu məsələyə Türkiyə ilə birgə baxışın formalaşması – bütün bunlar çox vacib məsələlərdir. Əminəm ki, dövlət institutları bu istiqamətdə müəyyən “səssiz” işlər görür, ola bilər ki, Bakı və Ankara ciddi müzakirə aparır, amma, Türkiyədə də, Azərbaycanda da bu məsələ ilə bağlı ictimai müzakirələrin keyfiyyəti çox aşağıdır.

İranda iqtisadi böhrandan doğan, amma, kökündə siyasi problemlər duran bir proses gedir, İran dəyişib, sadəcə, indi bu dəyişikliyin sancılı rəsmiləşdirilməsi prosesi gedir, bu sürəc, bəlkə də, hələ bir neçə ay, il çəkəcək. İranda baş verənlər bir daha sübut edir ki, siyasi və idarəetmə islahatları olmadan iqtisadi problemləri həll etmək mümkün deyil.

İran böyük tarixə, ənənələrə malik coğrafiyadır, əslində, SSRİ-yə çox bənzəyir, hətta inqilab və sonrakı proseslər, demək olar ki, SSRİ ilə birə-bir eynidir. Çar Rusiyası dağılmağa başlayanda İmperiyanı ayaqda tutmaq, torpaqları yenidən bir bayraq altında birləşdirmək üçün ciddi bir ideyaya ehtiyac var idi. Bolşevik inqilabı, kommunizm ideologiyası Çar Rusiyasını başqa ideoloji çatı altında birləşdirmək əməliyyatı idi. Çarı Birinci Katib, kilsəni “raykomlar” əvəz elədi, populist şüarlar və sərt repressiyalar Çar Rusiyasını başqa adla bərpa etməyə imkan verdi. Amma bu süni və insan ruhuna zidd sistem cəmi 70 il sürdü, hətta 2-ci Dünya Müharibəsi olmasaydı, SSRİ daha tez dağılacaqdı, məhz bu müharibədən sonra “sovet xalqı” yarandı, daha 45 il SSRİ-nin ömrü uzandı, amma, bundan artığına gücü çatmadı, insanın təməl fəlsəfəsinə zidd sitem yerlə-bir oldu.

1979-cu ildə Şah rejimi yüz yerdən çat verdi, xalq ədalətsizlikdən bezmişdi, İranda ən güclü siyasi qüvvə “solçular” idi, dini çevrələr, sadəcə, yaxşı təşkilatlanmışdılar və şişirdilmiş, əfsanəvi liderləri var idi (elə SSRİ timsalındakı Lenin kimi). Həmin vaxt İranın sərvətlərinə Britaniya nəzarət edirdi, Fransanı yaxın buraxmırdılar, Fransa da öz oyununu oynayıb əfsanəvi lideri daha da gücləndirdi, əslində, 1979-da İranda Britaniya və Fransa qarşıdurması idi, Fransa əfsanəni İrana öz qırıcıları ilə qaytardı (yenə Lenin misalında olduğu kimi – Leninə də Almaniya ciddi dəstək olmuşdu).

1979-da inqilabı “solçular” etdi, amma, daha yaxşı təşkilatlanmış dini çevrələr boş qalmış hakimiyyəti götürə bildilər və ilk böyük repressiyalar da məhz “solçulara”, Tudə Partiyasına qarşı oldu (yenə SSRİ misalı, inqilabda “eserlər” və “menşeviklər” ciddi rol oynadılar, amma təşkilatlanmış və ciddi xarici dəstəyi olan bolşeviklər hakimiyyəti götürdülər, sonra ilk seçkini uduzan kimi repressiyalara başladılar – tarixdə adı “qırmızı terror” kimi qaldı). O zaman İslam inqilabından sonra, İranın “dərin dövləti” İran parşalanmasın deyə yeni ideya, yeni insan tipi yaratmağa başladı, millət qavramını ümmət qavramı ilə əvəz etdi. Məhz yeni ideologiya və terror İranı parçalanmaqdan qorudu.

Bu gün baş verən proseslərdə bir ana xətt açıq görünür – İran dəyişib, dəyişimin rəsmiləşməsi isə çox sancılı və ağrılı prosesdir. İranda Şah tərəfdarlarının əsas qayəsi ölkəni parçalanmaqdan qorumaqdır, nə vaxt ki, parçalanmaq məsələsi aradan qalxacaq, İranda proseslər yekunlaşıb sistem dəyişikliyi rəsmiləşəcək – bu tez də ola, amma, illərə də yayıla bilər.

Gördüyüm odur ki, nə Avropa, nə də ABŞ İranın parçalanmasını istəmir, bu prosesin böyük xaosa yol açacağını düşünür, ona görə də, İranı birləşdirəcək yeni fiqur və ideya axtarışı davam edir – əgər tapmasalar, indiki sistemlə, amma, təkamül yolu ilə, zamana yayılaraq dəyişən sistemlə yola davam etməkdə maraqlı olacaqlar…”

Bənzər Xəbərlər

Cəmiyyət

Bu şəxslərə Dövlət mükafatı verildi – SƏRƏNCAM

May 26, 2026
Cəmiyyət

Bir sıra məhkəmələrə sədr təyin edildi – SƏRƏNCAM

May 26, 2026
Cəmiyyət

Prezident sabiq deputatla bağlı sərəncam imzaladı

May 26, 2026
Cəmiyyət

Milli Məclisdən Prezidentə və Birinci Vitse-prezidentə təbrik məktubu

May 26, 2026
Cəmiyyət

Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir

May 25, 2026
Cəmiyyət

Prezident müşavirə keçirdi- FOTOLAR

May 25, 2026

XƏBƏR LENTİ

Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəliklər götürdü

26 May, 26 / 18:57

Azərbaycanda bu şəxslərə pulsuz mənzil VERİLƏCƏK

26 May, 26 / 18:56

SON DƏQİQƏ: Bu deputatların mandatı ləğv edilə bilər

26 May, 26 / 18:43

İmtahanda 4 nəfər maksimum bal topladı

26 May, 26 / 18:30

Bu imtahanın nəticələri AÇIQLANDI

26 May, 26 / 18:17

Bu şəxslərə Dövlət mükafatı verildi – SƏRƏNCAM

26 May, 26 / 18:03

Bakıda mayda niyə dolu düşdü? – AÇIQLAMA

26 May, 26 / 17:49

Bir sıra məhkəmələrə sədr təyin edildi – SƏRƏNCAM

26 May, 26 / 17:37

Prezident sabiq deputatla bağlı sərəncam imzaladı

26 May, 26 / 17:23

Vətəndaşların dövlət qurumlarına müraciətləri ilə bağlıYENİLİK

26 May, 26 / 17:08
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.