• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.977
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Bakıda mayda niyə dolu düşdü? – AÇIQLAMA

26 May, 26 / 17:49
A A

May ayında müşahidə olunan qeyri-sabit hava şəraiti və intensiv yağıntılar cəmiyyətdə yay aylarının necə keçəcəyi ilə bağlı narahatlığı artırıb. Son günlər havanın tez-tez dəyişməsi, bəzi bölgələrdə güclü yağış və sel halları iqlim dəyişikliklərinin Azərbaycana təsiri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Az öncə Bakıya yağan dolu və intensiv yağış bu narahatlığı daha da artırıb.

Mütəxəssislər hesab edir ki, dünyada müşahidə olunan qlobal istiləşmə və atmosferdə baş verən dəyişikliklər artıq region ölkələrində, o cümlədən Azərbaycanda da daha qabarıq şəkildə hiss olunur.

Cagdas.az xəbər veriri ki Mövzu ilə bağlı açıqlamasında hava üzrə mütəxəssis Cavidan Əliyev bildirib ki, may ayında qeyri-sabit hava şəraiti əvvəllər də müşahidə olunub, lakin hazırda əsas fərq yağıntıların intensivliyindədir.

Onun sözlərinə görə, bu hal qlobal istiləşmə ilə əlaqəlidir:

“Yay aylarında uzunmüddətli və güclü istilik dalğaları da istisna olunmur. Yağıntıların normal həddə düşməsi kənd təsərrüfatı üçün müsbət hal sayılsa da, qısamüddətli və həddindən artıq intensiv yağışlar müxtəlif xəstəliklərin yaranmasına, həmçinin bitkilərin yerə yatmasına səbəb olur”.

Professor Adil Qeybulla isə qeyd edib ki, hazırda dünyada iqlim dəyişiklikləri daha ciddi şəkildə hiss olunur.

Onun sözlərinə görə, Yer kürəsində istilik tarazlığının pozulmasının əsas səbəblərindən biri atmosferdə karbon qazı və digər çirkləndirici maddələrin həddindən artıq toplanmasıdır:

“Karbon qazı istiliyi saxladığı üçün qlobal temperaturun artmasına gətirib çıxarır. Bu istilik Yer kürəsində bərabər paylanmadığına görə bəzi ərazilərdə anomal istilər, bəzi yerlərdə isə qeyri-adi soyuqlar müşahidə olunur. Əvvəllər az rast gəlinən güclü yağışlar, daşqınlar və digər ekstremal hava hadisələri də məhz bu proseslərlə bağlıdır”.

Professor onu da əlavə edib ki, iqlim dəyişiklikləri yalnız hava şəraitinə deyil, insan sağlamlığına və ekosistemə də ciddi təsir göstərir:

“İqlim dəyişikliyi müxtəlif infeksiyaların fəallaşmasına, ekosistemin pozulmasına və bəzi canlı növlərinin sıradan çıxmasına səbəb ola bilər. Ona görə də bu məsələyə qlobal və ciddi yanaşma zəruridir”.(modern .az)

Bənzər Xəbərlər

Cəmiyyət

Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəliklər götürdü

May 26, 2026
Cəmiyyət

Azərbaycanda bu şəxslərə pulsuz mənzil VERİLƏCƏK

May 26, 2026
Cəmiyyət

SON DƏQİQƏ: Bu deputatların mandatı ləğv edilə bilər

May 26, 2026
Cəmiyyət

İmtahanda 4 nəfər maksimum bal topladı

May 26, 2026
Cəmiyyət

Bu imtahanın nəticələri AÇIQLANDI

May 26, 2026
Cəmiyyət

Bu şəxslərə Dövlət mükafatı verildi – SƏRƏNCAM

May 26, 2026

XƏBƏR LENTİ

Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəliklər götürdü

26 May, 26 / 18:57

Azərbaycanda bu şəxslərə pulsuz mənzil VERİLƏCƏK

26 May, 26 / 18:56

SON DƏQİQƏ: Bu deputatların mandatı ləğv edilə bilər

26 May, 26 / 18:43

İmtahanda 4 nəfər maksimum bal topladı

26 May, 26 / 18:30

Bu imtahanın nəticələri AÇIQLANDI

26 May, 26 / 18:17

Bu şəxslərə Dövlət mükafatı verildi – SƏRƏNCAM

26 May, 26 / 18:03

Bakıda mayda niyə dolu düşdü? – AÇIQLAMA

26 May, 26 / 17:49

Bir sıra məhkəmələrə sədr təyin edildi – SƏRƏNCAM

26 May, 26 / 17:37

Prezident sabiq deputatla bağlı sərəncam imzaladı

26 May, 26 / 17:23

Vətəndaşların dövlət qurumlarına müraciətləri ilə bağlıYENİLİK

26 May, 26 / 17:08
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.