İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, ABŞ-la heç bir danışıqlar aparılmayıb və yayılan xəbərlər bazarları manipulyasiya etmək məqsədi daşıyır.
Çağdaş.Az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi isə qeyd edib ki, yalnız vasitəçilər üzərindən mesaj mübadiləsi olub, lakin real danışıqlar keçirilməyib. O əlavə edib ki, İranın enerji infrastrukturuna ediləcək hər hansı hücuma “sürətli və qəti” cavab veriləcək.
















