Son dəqiqə

İran Səhiyyə Nazirliyi ABŞ-İsrail hücumlarında ölənlərin sayını AÇIQLADI

Dünya

Məlumata görə, ölənlərin sayı 3483 nəfərdir.

Çağdaş.Az xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Hüseyn Kermanpur bildirib ki, ABŞ-İsrail hərbi əməliyyatları nəticəsində 40 gün ərzində İrana endirilən zərbələr nəticəsində ən azı 3483 nəfər həlak olub.

SNN telekanalı onun sözlərini sitat gətirərək bildirib ki, “Ölənlərin sayı 3483-dür”.

Kermanpur əlavə edib ki, təxminən 40 min insan xəsarət alıb.

İran Səhiyyə Nazirliyi daha əvvəl ölənlərin sayının 3375 olduğunu bildirmişdi.