İran Silahlı Qüvvələrinin Xatəm əl-Ənbiya Qərargahı İsrailə qarşı hərbi əməliyyatların dayandırıldığını elan etdi. Bəyanatda Livana hücumlar davam edərsə, daha sərt cavab tədbirləri görüləcəyi barədə xəbərdarlıq edilib.
İran Silahlı Qüvvələrinin hərbi əməliyyatlar aparan bölməsi olan Xatəm əl-Ənbiya Qərargahı İsrailə qarşı hərbi əməliyyatların dayandırıldığını açıqlayıb.
Hatəm əl-Ənbiya Qərargahının yaydığı açıqlamada deyilir: “Sionist rejimin ABŞ-ın dəstəyi ilə Livanın cənubuna və Dahiye bölgəsinə hücumlarından sonra rejimə ağrılı cavab verildi. Silahlı Qüvvələrin İsrailə qarşı hərbi əməliyyatları dayandırıldı”.
Bəyanatda həmçinin İsrailin Livana hücumlarını davam etdirəcəyi təqdirdə daha sərt cavab veriləcəyi barədə xəbərdarlıq edilib.
















