İran qüvvələrinin Təl Əviv şəhərinə endirdiyi raket zərbəsi nəticəsində 6 nəfər yaralanıb, çox sayda avtomobil və binaya ziyan dəyib. Hücumun İranın İsrailə qarşı cavab tədbirləri çərçivəsində həyata keçirildiyi bildirilir.
Məlumata görə, İran son günlər İsrailə qarşı əməliyyatlarını dayandırmadan davam etdirir. Səhər saatlarında Təl-Əvivə raket hücumu təşkil olunub.
İsrailin təcili yardım xidməti Magen David Adom (MDA) açıqlamasında bildirib ki, hücum nəticəsində 6 nəfər xəsarət alıb.
İsrail polisi isə qeyd edib ki, təxminən 100 kiloqram partlayıcı daşıyan sursat Tel-Əvivin mərkəzinə düşüb və bu, binalar və nəqliyyat vasitələrində ciddi dağıntılara səbəb olub.
















