Türkiyənin MHP lideri Dövlət Baxçalı İrandakı müharibə ilə bağlı sərt açıqlama verib.
Çağdaş.Az xəbər verir ki, sədr ABŞ və İsrailin İrana hücumlarını kəskin tənqid edib.
O bildirib ki, ABŞ prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun siyasətini izləyərək bölgəni təhlükəli istiqamətə sürükləyir.
Baxçalının sözlərinə görə, bu cür yanaşma ilə ABŞ-ın özünü dünya sülhünün təminatçısı kimi təqdim etməsi mümkün deyil. O, həmçinin Türkiyənin İrandakı hadisələrə laqeyd qala bilməyəcəyini vurğulayıb və İranın Ankara üçün yalnız qonşu deyil, həm də ortaq dini və mədəni bağlara malik ölkə olduğunu qeyd edib.
MHP lideri bildirib ki, mövcud şəraitdə keçmiş fikir ayrılıqlarını kənara qoyaraq İran xalqının yanında olmaq və “sionist təcavüzünə” qarşı çıxmaq vacibdir.
Bununla yanaşı, Baxçalı davam edən münaqişənin qlobal iqtisadi və enerji böhranına səbəb ola biləcəyini, strateji boğazların bağlanması, qaçqın axınının artması, eləcə də region ölkələrində daha böyük dağıntılarla nəticələnə biləcəyini deyib./Referans Media/
















