Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

İrandan alınan güllərdə erməni izi tapıldı

Cəmiyyət

Rusiya İrandan ölkəyə ixrac olunan güllərlə bağlı araşdırmalara başlayıb.

Cagdas.az xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Xidməti (Rosselxoznadzor) məlumat yayıb.

Məlumata görə, qurum İranın müvafiq orqanlarından Rusiyaya göndərilən gül məhsulları üçün fitosanitar sertifikatların verilməsini müvəqqəti dayandırmağı xahiş edib.

Rosselxoznadzor bildirib ki, 2026-cı ildə İrandan Rusiyaya gül tədarükünün həcmi ötən illə müqayisədə xeyli artıb.

Qurumun açıqlamasında qeyd olunub ki, fitosanitar sertifikatlarda məhsulların mənşə ölkəsi kimi İran göstərilsə də, onların xarici görünüşü və qablaşdırılması əvvəllər Ermənistandan idxal edilən məhsullarla eynilik təşkil edir.

“Fitosanitar sertifikatlarda məhsulun mənşə yeri kimi İran göstərilir. Lakin məhsulların xarici xüsusiyyətləri və qablaşdırılması əvvəllər Ermənistandan gətirilən məhsullarla eynidir”, – açıqlamada vurğulanıb.

Xatırladaq ki, Rusiyada Ermənistandan gül idxalına məhdudiyyətlər bu il mayın 22-dən qüvvəyə minib. Yeni vəziyyət fonunda Rusiya tərəfi İran üzərindən Ermənistan məhsullarının ölkəyə daxil olması ehtimalını araşdırır.(modern.az)