İran İnqilab Keşikçiləri Korpusu ABŞ-ın son hücumlarına cavab olaraq Əl-Əzraq hava bazasına və İordaniyadakı ABŞ komandanlıq mərkəzinə 12 ballistik raket atıb. ABŞ vətəndaşlarına xəbərdarlıq edib.
Çağdaş.Az xəbər veir ki, İran İnqilab Keşikçiləri Korpusu (İİKK) ABŞ-ın İrana qarşı son hücumlarına cavab olaraq İordaniyadakı Əl-Əzraq hava bazasına və bazadakı ABŞ komandanlıq mərkəzinə 12 ballistik raket hücumu həyata keçirdiyini açıqladı.
İran ABŞ-ın son hücumlarına qarşı daha bir cavab zərbəsi endirib. İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) açıqlamasında bildirilir ki, ABŞ hücumlarını cəzalandırmaq məqsədi daşıyan əməliyyat çərçivəsində İordaniyadakı Əl-Əzraq hava bazasına və bazadakı ABŞ komandanlıq mərkəzinə 12 ballistik raket atılıb. İddialara görə, çoxsaylı obyektlər və təyyarələr məhv edilib. Bu arada ABŞ Dövlət Departamenti İordaniyadakı vətəndaşlarına raket və pilotsuz təyyarə hücumları barədə xəbərdarlıq edərək bildirib: “Dərhal təhlükəsiz və etibarlı ərazilərdə sığının. Evdə qalın və yerli xəbərdarlıqlara diqqətlə əməl edin”.
ABŞ-ın İran hərbi müşahidə, rabitə və hava hücumundan müdafiə infrastrukturuna son hücumları Tehranın cavab hücumlarına səbəb olub. İİKK Küveytdəki Əli Salem və Əhməd əl-Cəbər hava bazalarında, eləcə də Bəhreyndə Şeyx İsa hava bazasında 18 ABŞ hərbi hədəfinə hücum etdiyini açıqladı. Həmçinin bildirilib ki, İran ordusu Bəhreyndə ABŞ-ın 5-ci Donanmasına məxsus Patriot hava hücumundan müdafiə sisteminin radar obyektlərini dron hücumları ilə hədəfə alıb.
















