Son dəqiqə

İrandan İsrailin mərkəzi bölgələrinə raket hücumu: Yaralananlar var

Dünya

İrandan atılan raketlərin ardından İsrailin mərkəzi bölgələrində bir çox ərazidə ziyan dəyib və yaralananların olduğu bildirilib.

Çağdaş.Az xəbər verir ki, İsrailin Kanal 12 və Kanal 14 televiziya kanallarının məlumatına görə, hücum nəticəsində paytaxt Tel-Əviv yaxınlığındakı Petah Tikva şəhərində bir çox avtomobil ciddi ziyan görüb.

Ölkənin mərkəzi bölgələrində müxtəlif ərazilərə düşən şrapnellər səbəbindən ən azı bir nəfərin yaralandığı qeyd olunub.

İsrail dövlət televiziyası “KAN” da İrandan atılan raketlərin ardından ölkənin mərkəzi bölgələrinə düşən şrapnellərlə bağlı ilkin məlumatların çatdığını bildirib.

Bundan başqa, “Haaretz” qəzeti İranın İsrailin mərkəzi bölgələrinə misket tipli raket atdığını və Tel-Əviv ətrafında 9 fərqli nöqtəyə şrapnellərin düşdüyünü yazıb.

İsrailin fövqəladə yardım xidməti “Qızıl Davut Ulduzu”ndan verilən açıqlamada paramedik və təcili tibbi qrupların hadisə yerlərinə göndərildiyi bildirilib. Açıqlamada həmçinin qeyd olunub ki, qruplar sığınacaqlara qaçan yaralı və şok keçirən şəxslərə müdaxilə edib və vəziyyətə uyğun olaraq ictimaiyyət məlumatlandırılacaq.