Son dəqiqə

İsrail konsulluğu önündəki hücumun yeni detalları: şübhəlilərin fotoları YAYILDI

Dünya

İstanbulun Beşiktaş rayonunda 3 şübhəlinin zərərsizləşdirildiyi silahlı insidentdə ələ keçirilən Yunus Emre S., Enes Ç. və Onur Ç.-nin fotoları yayılıb.

Çağdaş..Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Beşiktaşın Levent ərazisində terrorçularla polis əməkdaşları arasında atışma baş verib. Hadisə zamanı 2 polis əməkdaşı yaralanıb, 3 hücumçudan 1-i öldürülüb, 2-si isə yaralı halda zərərsizləşdirilib.

Hadisə ilə bağlı istintaq çoxşaxəli şəkildə davam etdirilir. Hücumda iştirak etdiyi bildirilən Yunus Emre S., Enes Ç. və Onur Ç.-nin fotolarının yayımlandığı qeyd olunur.

Araşdırma çərçivəsində daha bir mühüm inkişaf yaşanıb. Saxlanılan şübhəlilərin sayı 11-ə çatıb.

Saxlanılanlar arasında hücum zamanı yaralı halda ələ keçirilən şəxslərdən Onur Ç.-nin həyat yoldaşının da olduğu bildirilir.