Son dəqiqə

İsrailin Livana hücumlarında ölənlərin sayı 2196-ya çatdı

Dünya

İsrailin Livana həyata keçirdiyi hücumlar nəticəsində həlak olanların sayı 2196 nəfərə yüksəlib.

Çağdaş.Az xəbər verir ki, Livan Səhiyyə Nazirliyinin açıqlamasına görə, martın 2-dən etibarən davam edən hücumlarda yaralananların sayı isə 7 185 nəfərə çatıb. Ölənlər arasında 172 uşaq, 260 qadın və 93 tibb işçisi var.

Nazirlik bildirib ki, son 24 saat ərzində ölənlərin sayı 29 nəfər, yaralıların sayı isə 124 nəfər artıb. Hücumların ölkənin müxtəlif bölgələrini hədəf aldığı qeyd olunub.