Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

İstanbulda ictimai nəqliyyat bahalaşdı – YENİ QİYMƏTLƏR

Cəmiyyət

İstanbul Böyükşəhər Bələdiyyəsi Məclisində qəbul edilən qərara əsasən, iyulun 20-dən etibarən şəhərdə ictimai nəqliyyat, taksi və servis xidmətlərinin gediş haqları 10 faiz artırılacaq.

Cagdas.az  xəbər verir ki, yeni qərara əsasən, avtobus və metrolarda tam biletin qiyməti 46,20 lirəyə, tələbə bileti isə 22,55 lirəyə yüksəlib. Aylıq tam “Mavi Kart” abunə haqqı 3628 lirə, tələbə kartı isə 653 lirə olaraq müəyyən edilib.

Məsafədən asılı olaraq metrobüsdə gediş haqqı 33,08 lirə ilə 68,59 lirə, “Marmaray” qatarında isə 37,40 lirə ilə 82,17 lirə arasında dəyişəcək.

Dəniz nəqliyyatında da artım qeydə alınıb. Belə ki, Üsküdar-Eminönü reysi 58,52 lirəyə, Kadıköy-Eminönü xətti 65,21 lirəyə, Bostancı-Adalar səfəri isə 171,89 lirəyə çatdırılıb.

Bahalaşma taksi və mikroavtobus xidmətlərinə də təsir edib. Taksilərdə minimum gediş haqqı 210 lirədən 230 lirəyə, taksimetrin açılış qiyməti isə 71,94 lirəyə qaldırılıb. Mikroavtobuslarda ən qısa məsafə üçün gediş haqqı 43 lirə, tələbələr üçün isə 28 lirə təyin edilib. Bundan əlavə, aylıq məktəb servislərinin minimum qiyməti 4456 lirəyə, işçi servislərinin qiyməti isə 2512,99 lirəyə yüksəlib.(modern.az)