Son dəqiqə
GTA 6 satışa çıxmamış rekord qırdı – İnternet trafiki pik həddə çatdı Gəlin dünyanı xilas edək – Azərbaycanlı alimlərdən çağırış Ermənistan Rusiya ilə düşmənçilik etmir – Rubinyan Prezident Vyetnama səfər edəcək Avtomobilinin üzərinə ağac aşdı, ciddi ziyan dəydi – Dövlət qurumları vətəndaşın müraciətinə niyə baxmır? Hərbçilərin həyat yoldaşlarına 400 manat veriləcək Azərbaycanda dövlət bu şəxslərə ev verəcək Bu şəxslərə birdəfəlik yardım edilsin – TƏKLİF Qış dekabrın 22-də başlayır: Bakıda gecə 14 saatdan uzun olacaq Din xadimlərinə yeni məhdudiyyət qoyulub? – Şuradan açıqlama

İyunun 21-i saat 15:00-dək vaxt verildi: Liseylərə qəbul üzrə qeydiyyat uzadılıb

Cəmiyyət

Lisey və gimnaziyalara qəbul üzrə qeydiyyat müddəti uzadılıb.

Cagdas.az xəbər veriri ki Azərbaycan Respublikasının Təhsil İnstitutunun Mətbuat Xidmətinin məlumatına görə, çoxsaylı müraciətlər nəzərə alınaraq qeydiyyat prosesi 21 iyun saat 15:00-dək davam edəcək.

Valideynlər və ya qanuni nümayəndələr şəxsi kabinetlərinə daxil olaraq “Sorğu yerləşdir” bölməsindən “Mərkəzi imtahanla qəbul” bölməsini seçməli, daha sonra imtahan mərkəzini və tələb olunan məlumatları təsdiqləməlidirlər.

Qeyd edilib ki, lisey və gimnaziyalara qəbul yalnız ildə bir dəfə, tədris ili başlamazdan əvvəl “Şagirdlərin elektron yerdəyişməsi” (sy.edu.az) sistemi vasitəsilə qeydiyyatdan keçmiş və imtahan hüququ qazanmış şagirdlər üçün təşkil olunur.(milli.az)