• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
20.8° Weather Columbus
$
1.7
€
1.9747
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Köhnə evlərdə yaşayanların diqqətinə: kompensasiya ala bilərsiniz – MƏBLƏĞ

07 İyun, 26 / 12:22
A A

Bakıda köhnə yaşayış binalarının sökülməsi və onların yerində yeni binaların tikilməsi prosesi davam edir. Sakinlər bildirirlər ki, sonradan həmin mənzillər yüksək qiymətə satılsa da, onlara təklif olunan kompensasiya məbləği kifayət etmir. Bu isə narazılıqlara səbəb olur.

Yeni evlər baha qiymətə satıldığı halda, evləri sökülən vətəndaşlara niyə az pul ödənilir? Ümumiyyətlə, ev sahibinin razılığı olmadan tikinti şirkətləri onların evlərini sökə bilərmi?

Referans MEDİA-nın məlumatına görə, Globalinfo.az-a danışan əmlak eksperti Anar Nəsirov bildirib ki, 2018-ci ildən etibarən Bakı şəhərinin Baş Planına uyğun olaraq pilot layihələr çərçivəsində köhnəlmiş, istismar müddətini başa vurmuş və şəhərsalma tələblərinə cavab verməyən yaşayış binalarının sökülməsi prosesi həyata keçirilir:

“Bu ərazilərdə müasir standartlara cavab verən yeni yaşayış binaları inşa olunur. Proses əsasən dörd mərhələdən ibarətdir.

Birinci mərhələdə tikinti şirkəti ilə əmlak sahibi arasında danışıqlar aparılır. Tərəflər söküləcək əmlakın şərtləri, kompensasiya forması və ya yeni mənzilin verilməsi ilə bağlı qarşılıqlı razılığa gəlirlər.

İkinci mərhələdə sökülən mənzilin əvəzində yeni tikiləcək binadan veriləcək mənzilin sahəsi və digər şərtlər müəyyənləşdirilir. Bu mərhələdə də tərəflər arasında razılıq əldə olunmalıdır.

Üçüncü mərhələdə tikinti müddəti ərzində əmlak sahibi kirayə mənzillə təmin edilir. Adətən kirayə haqqı tikinti şirkəti tərəfindən ödənilir və bina istifadəyə verilənədək bu öhdəlik davam edir. Kirayə mənzil seçilərkən ailənin tərkibi və əvvəlki mənzilin şəraiti nəzərə alınır.

Dördüncü mərhələdə isə yeni mənzil sahibinə təhvil verilir. Mənzil təmirli və ya tərəflərin razılığı əsasında təmirsiz təqdim oluna bilər. Əgər mənzil təmirsiz verilərsə, bəzi hallarda tərəflər təmir xərcləri ilə bağlı ayrıca razılıq əldə edirlər”.

Ekspert vurğulayıb ki, Azərbaycan qanunvericiliyinə əsasən, əmlak sahibinin razılığı olmadan heç bir yaşayış sahəsi sökülə bilməz:

“Əmlak toxunulmazdır və hər hansı tikinti şirkətinin vətəndaşın xəbəri və razılığı olmadan onun əmlakını sökmək hüququ yoxdur. Pilot layihələr zamanı əksər hallarda pul şəklində kompensasiya deyil, sökülən mənzilin əvəzində yeni tikilmiş binadan daha geniş sahəyə malik mənzil təklif olunur. Bu da bir çox hallarda vətəndaş üçün daha sərfəli hesab edilir. Çünki yeni tikililərdə mənzillərin bazar dəyəri daha yüksək olur”.

A.Nəsirov qeyd edib ki, əgər vətəndaş yeni mənzil əvəzinə pul kompensasiyası tələb edirsə, həmin kompensasiya bazar qiymətinə uyğun hesablanmalıdır:

“Burada həm vətəndaşın, həm də tikinti şirkətinin maraqları nəzərə alınmalı, vicdanlı davranış prinsipi qorunmalıdır. Nə vətəndaş əmlakını real dəyərindən aşağı qiymətləndirməyə məcbur edilməli, nə də bazar dəyərindən dəfələrlə artıq məbləğ tələb olunmalıdır. Əgər əmlak vətəndaşın razılığı və xəbəri olmadan sökülübsə, həmin şəxs məhkəməyə müraciət edə, ekspertiza təyin etdirə və bazar dəyərinə uyğun kompensasiya tələb edə bilər. Lakin vətəndaş əvvəlcədən hər hansı müqaviləyə imza atıb, razılığını rəsmiləşdiribsə və bu razılıq könüllü şəkildə verilibsə, sonradan həmin razılaşmanın ləğvi və ya məhkəmə qaydasında dəyişdirilməsi daha çətin olur”.

anar nesirov

Anar Nəsirov

Ekspert əlavə edib ki, mənzilin sökülməsi məsələsində əsas şərt əmlak sahibinin razılığıdır:

“Onun razılığı və məlumatı olmadan hər hansı yaşayış sahəsinin sökülməsi qanunvericiliyin tələblərinə uyğun hesab edilə bilməz.

Burada bir məqama da diqqət yetirmək lazımdır. Bəzi sakinlər hesab edirlər ki, yeni tikilən mənzillərin satış qiyməti həddindən artıq yüksəkdir. Lakin nəzərə almaq lazımdır ki, tikinti şirkətləri yalnız binanın inşasını həyata keçirmirlər. Bununla yanaşı, köhnə tikililərin sökülməsi, sakinlərin köçürülməsi, kirayə haqlarının ödənilməsi, torpaq və tikinti işləri, kommunikasiya xətlərinin çəkilməsi və digər çoxsaylı xərclər də şirkətin üzərinə düşür. Təbii ki, bütün bunlar layihənin maya dəyərinə təsir göstərir. Bu baxımdan, əgər vətəndaş hesab edirsə ki, ona təklif olunan pul kompensasiyası gələcəkdə həmin ərazidə mənzil almaq üçün kifayət etməyəcək, daha məqsədəuyğun variant kimi yeni tikilən binadan mənzil əldə etməyi nəzərdən keçirə bilər. Xüsusilə də əlavə kvadratmetr təqdim olunduğu hallarda bu seçim vətəndaş üçün daha sərfəli ola bilər”.

Ekspertin fikrincə, bir çox hallarda pul kompensasiyası almaqdansa, yeni tikilən binadan mənzil götürmək daha məqsədəuyğundur:

“Çünki bina istifadəyə verildikdən sonra həmin mənzilin bazar dəyəri adətən daha yüksək olur. Vətəndaş istədiyi təqdirdə sonradan həmin mənzili sata və ya icarəyə verərək əlavə gəlir əldə edə bilər. Təbii ki, son qərar hər bir əmlak sahibinin seçimidir. Əsas məsələ tərəflər arasında qarşılıqlı razılığın olması və vətəndaşın hüquqlarının tam şəkildə təmin edilməsidir”.

Bənzər Xəbərlər

Cəmiyyət

Bu şəxslər rayondan Bakıya GƏLMƏYƏCƏKLƏR - SƏBƏB

 

İyun 7, 2026
Cəmiyyət

Dünyada hər il 1 trilyon dollarlıq ərzaq zibilə atılır – FAO

İyun 6, 2026
Cəmiyyət

SON DƏQİQƏ! Dünyanı ÇALXALAYAN fakt üzə çıxdı

İyun 6, 2026
Cəmiyyət

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir

İyun 6, 2026
Cəmiyyət

XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə SON DƏQİQƏ AÇIQLAMASI

İyun 6, 2026
Cəmiyyət

Azərbaycan Ordusunun hərbçisi həlak oldu - RƏSMİ AÇIQLAMA / FOTO

İyun 6, 2026

XƏBƏR LENTİ

Köhnə evlərdə yaşayanların diqqətinə: kompensasiya ala bilərsiniz – MƏBLƏĞ

07 İyun, 26 / 12:22

Regionda üç cəbhədən “savaş” başladı – Hədəf bir ölkədir

07 İyun, 26 / 12:04

Çin ordusuna əmr verildi - Hücum başladı

07 İyun, 26 / 11:46

Metro və avtobuslarda gedişhaqqı dəyişir? – Yeni ödəniş sistemi belə olacaq

07 İyun, 26 / 11:28

NYT: ABŞ kəşfiyyatı İsrailin amerikalı rəsmiləri dinlədiyini ehtimal edir

07 İyun, 26 / 11:11

Bank işçiləri ilə bağlı yenilik bu gündən qüvvəyə mindi

07 İyun, 26 / 10:55

ABŞ-nin Bakıya göndərmək istədiyi səfir erməni çıxdı

07 İyun, 26 / 10:38

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR

07 İyun, 26 / 10:21

Fars körfəzində gərgin anlar: Xarq adası yaxınlığında güclü partlayış

07 İyun, 26 / 10:03

Ukrayna kəşfiyyatından səs-küylü ifşa - Rusiya İranla...

 

07 İyun, 26 / 9:53
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.