Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

“Koroğlu”dan Sea Breeze-ə ekspres avtobus işləyəcək

Cəmiyyət

Yay mövsümü ilə əlaqədar paytaxtdan çimərlik ərazilərinə sərnişin axınının artması nəzərə alınaraq yeni ekspres marşrut istifadəyə verilir.

Cagdas.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, iyulun 18-dən “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi ilə Sea Breeze istirahət mərkəzini əlaqələndirən 150E nömrəli ekspres marşrut fəaliyyətini bərpa edəcək.

 

Marşrut üzrə avtobuslar həftənin şənbə və bazar günləri metronun “Koroğlu” stansiyasının cənub çıxışından (“Piramida” tərəf) yola düşəcək.

Avtobusların hərəkəti zamanı aşağıdakı dayanacaqlarda sərnişinlərin minib-düşməsi təmin olunacaq:

  • Heydər Əliyev prospekti (Yerüstü piyada keçidi, Bakıxanov qəsəbəsi);
  • Bakı Ekspo Mərkəzi (Yeni Suraxanı qəsəbəsi);
  • Mərdəkan prospekti (Binə qəsəbəsi);
  • Mərdəkan prospekti (Qala yolu ilə kəsişmə);
  • 5 nömrəli Bakı Peşə Məktəbi (Buzovna qəsəbəsi);
  • Bilgəh Kardioloji Sanatoriyası;
  • Bilgəh-Pirşağı yolu (çimərlik ərazisi);
  • Sea Breeze 1;
  • Sea Breeze 2.

Böyüktutumlu avtobuslar sərnişinlərə 07:00-dan 22:00-dək, 30 dəqiqəlik intervalla xidmət göstərəcək.

Marşrut üzrə gedişhaqqı 0,90 manat təşkil edir. Ödəniş yalnız nağdsız qaydada həyata keçiriləcək.(sfera.az)