Son dəqiqə
Dövlət qulluqçusunun pedaqoji fəaliyyəti yeni qaydada tənzimlənəcək Bu tarixlərdə maqnit qasırğası olacaq – Xəbərdarlıq AZCON-un dövlət satınalmaları üzrə səlahiyyətləri rəsmiləşdirildi Küləkli havada işləyənlərə dair yeni qaydalar təsdiqləndi Prezident hüquqi şəxslərin elektron satınalma müqavilələrini təsdiq edib Yağışlardan sonra Bakıdakı qəbiristanlıqlar su altında qaldı – VİDEO 2027-ci il büdcəsi müzakirəyə çıxarıldı – Gəlirlər və xərclər Sərhədi uçuş aparatı ilə pozan İran vətəndaşı saxlanıldı – DSX-dən ƏMƏLİYYAT Bakıda güclü külək 68 ağaca ziyan vurub Qızıl-gümüş ucuzlaşdı

Kreditini vaxtında verə bilməyənlərin nəzərinə: Mərkəzi Bankın sədri QƏRAR İMZALADI – VİDEO

Cəmiyyət

Gündəlik kreditlər üzrə 90 gündən çox gecikmə maliyyə çətinliyinin müəyyənləşdirilməsində 20 faizlik meyarla qiymətləndirilməyəcək.

Cagdas.az xəbər verir ki, bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımov müvafiq qərar imzalayıb.

Qərarla “Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası”nda edilən dəyişikliklər oktyabrın 10-dan qüvvəyə minib.

Mövcud qanunvericiliyə əsasən, borcalanın maliyyə çətinliyinin müəyyən edilməsi zamanı əsas meyarlardan biri onun kredit öhdəliklərinin vaxtında yerinə yetirilməməsidir. Kredit bürolarının məlumatları əsasında borcalanın ümumi öhdəliklərinin ən azı 20 faizinin 90 gündən çox gecikdirilməsi maliyyə çətinliyinin göstəricilərindən biri hesab olunur.

Lakin yeni qərara əsasən, bu meyar gündəlik kreditlərə şamil edilməyəcək. Başqa sözlə, gündəlik kreditlər üzrə öhdəliklərin 90 gündən çox gecikdirilməsi borcalanın ümumi öhdəliklərinin ən azı 20 faizinin gecikdirilməsi ilə bağlı qeyd olunan konkret meyar əsasında qiymətləndirilməyəcək.

İqtisadçı ekspert Xalid Kərimli hesab edir ki, bu mexanizm borcalanın maliyyə çətinliyi yarandıqda öhdəliyin icrasını asanlaşdıracaq.

Yəni bu o deməkdir ki, “Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası”nın tələbləri nəzərə alınmaqla kreditin əsas məbləği üzrə qalıq məbləğinin 20%-nin ödənilməsi şərti ilə yalnız bir dəfə və maksimum 45 gün müddətinə restrukturizasiya olunur. Bu zaman gecikdirilmə faizləri və ya dəbbə pulu tətbiq edilmir.

Beləliklə, dəyişikliklər borc çətinliyi yaşayan şəxslər üçün müəyyən mexanizmlər yaratsa da, vətəndaşların konkret hansı güzəştdən yararlana bilməsi kreditin növündən, müqavilə şərtlərindən və qüvvədə olan qaydaların tələblərindən asılı olacaq.\referans media\