• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
19.3° Weather Columbus
$
1.7
€
1.9673
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

“Kupça”sız evlərlə bağlı pis xəbər – Ciddi problem yarandı

09 İyun, 26 / 14:46
A A

Bakıda, xüsusilə Biləcəri və ətraf qəsəbələrdə çıxarışı olmayan, bələdiyyə sənədi ilə satılan evlərə tez-tez rast gəlinir. Bu cür daşınmaz əmlaklar adətən daha münasib qiymətə təklif edilsə də, onların hüquqi statusu və gələcəkdə rəsmiləşdirilməsi ilə bağlı suallar alıcıları narahat edir.

Bələdiyyə sənədi ilə satılan ev almaq nə dərəcədə risklidir? Belə evlər üçün sonradan çıxarış (kupça) almaq mümkündürmü?
Cagdas.az   xəbər verir ki ,Globalinfo.az-a danışan Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib ki, özbaşına və ya qeyri-qanuni tikilmiş yaşayış evləri və digər obyektlər üzərində aparılan qeyri-rəsmi əməliyyatlar hüquqi baxımdan daşınmaz əmlakın alqı-satqısı hesab edilmir:

“Belə hallarda kommunal xidmət müqavilələrinin və ya digər istifadə hüquqlarının bir şəxsdən digərinə keçirilməsi mülkiyyət hüququnun ötürülməsi anlamına gəlmir. Qanunvericiliyə əsasən, daşınmaz əmlakın alqı-satqısı yalnız həmin əmlakın dövlət qeydiyyatına alınması və ona dair çıxarışın mövcud olması halında mümkündür. Belə əməliyyatlar notariat qaydasında rəsmiləşdirilməli, eyni zamanda əmlakın yüklülüyü və hüquqi vəziyyəti yoxlanılmalıdır. Lakin reallıqda sənədsiz və ya tam rəsmiləşdirilməmiş çoxlu sayda yaşayış evi və obyektlər mövcuddur. Bu cür əmlaklarla bağlı əldə olunan razılaşmalar gələcəkdə ciddi hüquqi mübahisələrə səbəb ola bilər”.

R.Osmanlının sözlərinə görə, bu gün əmlakı təqdim edən və ya satan şəxs sonradan həmin əməliyyatı tanımadığını iddia edə bilər:

“Bundan əlavə, əmlakın hüquqi tarixçəsinin də tam məlum olmaması mümkündür. Mülkiyyət hüququnda başqa şəxslərin payının olub-olmaması, ailə üzvlərinin hüquqlarının pozulub-pozulmaması və ya digər hüquqi məqamlar sonradan mübahisə predmeti ola bilər. Məsələn, həyat yoldaşı, yetkinlik yaşına çatmış övladlar və ya digər maraqlı şəxslər məhkəməyə müraciət edərək əməliyyatın etibarsız hesab olunmasını tələb edə bilərlər. Eyni zamanda, həmin tikililərin gələcəkdə rəsmiləşdirilib-rəsmiləşdirilməyəcəyi də məlum deyil. Bu səbəbdən belə obyektlərlə bağlı qeyri-rəsmi alqı-satqı və ya hüquq ötürülməsi əməliyyatları kifayət qədər risklidir və gələcəkdə ciddi hüquqi problemlər yarada bilər. Ona görə də vətəndaşlara yalnız hüquqi statusu tam müəyyən edilmiş, dövlət qeydiyyatından keçmiş və çıxarışla təmin olunmuş daşınmaz əmlaklar üzərində əməliyyat aparmaq tövsiyə olunur”.

Bənzər Xəbərlər

Cəmiyyət

Emin Əmrullayev məzunların köynəyinə təbriklərini yazdı – VİDEO

İyun 13, 2026
Cəmiyyət

Türkiyə Ermənistanla sərhədi açdı

İyun 13, 2026
Cəmiyyət

Bu il sertifikatlaşdırmada hansı müəllimlər imtahan veriləcək?

İyun 13, 2026
Cəmiyyət

40 min namizəd MİQ imtahanına qoşulur – İmtahan tarixləri açıqlandı

İyun 13, 2026
Cəmiyyət

Sərvəti ölkə büdcələri ilə müqayisə olunan AZƏRBAYCANLI

İyun 13, 2026
Cəmiyyət

Enerji nəhəngindən gözlənilməz gediş: Neft sahələrini satışa çıxardı

İyun 13, 2026

XƏBƏR LENTİ

Emin Əmrullayev məzunların köynəyinə təbriklərini yazdı – VİDEO

13 İyun, 26 / 16:22

Türkiyə Ermənistanla sərhədi açdı

13 İyun, 26 / 15:59

Bu il sertifikatlaşdırmada hansı müəllimlər imtahan veriləcək?

13 İyun, 26 / 15:37

40 min namizəd MİQ imtahanına qoşulur – İmtahan tarixləri açıqlandı

13 İyun, 26 / 15:25

Rusiyadan Ermənistana təhlükəli mesaj

13 İyun, 26 / 15:07

Sərvəti ölkə büdcələri ilə müqayisə olunan AZƏRBAYCANLI

13 İyun, 26 / 14:46

Enerji nəhəngindən gözlənilməz gediş: Neft sahələrini satışa çıxardı

13 İyun, 26 / 14:17

Nazir məzunlarla “Yallı” oynadı – VİDEO

13 İyun, 26 / 13:49

Emin Əmrullayev “Son zəng” üçün Gəncəyə gedib

13 İyun, 26 / 13:19

Həftənin ilk günü İŞ OLMAYACAQ

13 İyun, 26 / 12:51
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.