Son dəqiqə

Livan Səhiyyə Nazirliyi: İsrail hücumlarında ölənlərin sayını AÇIQLADI

Dünya

Livanın Səhiyyə Nazirliyi bildirib ki, martın 2-dən bu yana İsrailin həyata keçirdiyi hücumlar nəticəsində həyatını itirənlərin sayı 1029-a yüksəlib, yaralananların sayı isə 2786 nəfərə çatıb.

Çağdaş.Az-ın xəbərinə görə, Nazirliyin yaydığı yazılı açıqlamada qeyd olunur ki, davam edən hücumlar nəticəsində insan itkiləri artmaqda davam edir və yaralıların sayı da sürətlə yüksəlir.

Rəsmi qurumun məlumatına görə, ölkə ərazisinə endirilən zərbələr həm mülki əhali, həm də infrastruktur üçün ciddi fəsadlara səbəb olub.