• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
19.3° Weather Columbus
$
1.7
€
1.9765
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Lütfi Zadənin vəfatından 9 il ötür

06 Sentyabr, 26 / 10:16
A A

Bu gün dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadənin vəfatından doqquz il ötür.

Çağdaş.Az xatırladır ki, 1921-ci il fevralın 4-də Bakıda anadan olan Lütfi Rəhim oğlu Ələsgərzadə ibtidai təhsilini 16 nömrəli orta məktəbdə başa vurub. 1932-ci ildə Ələsgərzadələr ailəsi İrana köçüb. Burada orta təhsilini başa vuran Lütfi Zadə Tehran Universitetinin elektrik mühəndisliyi fakültəsinə qəbul olub. Universiteti müvəffəqiyyətlə bitirdikdən sonra o, 23 yaşında ABŞ-a gedib və təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib. Onun dünya elminə məlum olan altı mühüm nəzəriyyəsinin bünövrəsi də elə orada qoyulub.

Lütfi Zadə 1944-cü ildən 1959-cu ilədək Massaçusets Texnologiya İnstitutunda və Kolumbiya Universitetində magistr, doktorluq elmi dərəcələrini alıb. 1959-cu ildən Berkli Universitetində çalışıb, 1963-cü ildən isə elektrik mühəndisliyi və kompüter elmləri kafedrasına rəhbərlik edib. O, həmin ali təhsil ocağında ömürlük professor və “Soft Computing” İnstitutunun direktoru kimi fəaliyyət göstərib.

Alimin məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarəolunma və müşahidəolunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiqini həyata keçirir.

Lütfi Zadənin zəngin elmi fəaliyyəti Azərbaycan dövləti tərəfindən də hər zaman yüksək qiymətləndirilib. 2011-ci ilin fevralında Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən dünya şöhrətli alim texnologiyaların inkişafına verdiyi töhfələrlə mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib. 2021-ci il yanvarın 21-də isə Prezident İlham Əliyev “Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb.

Dünyaşöhrətli alim sonuncu dəfə Bakıya 2008-ci ilin noyabrında “BakuTel” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransında iştirak etmək üçün gəlmişdi. Lütfi Zadə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində təşkil olunan tədbirdə iştirak edib, ona elmdə göstərdiyi xidmətlərə görə AMEA-nın fəxri diplomu təqdim olunub.

AMEA Rəyasət Heyətinin 2016-cı il aprelin 20-də keçirilmiş iclasında böyük alim “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”na layiq görülüb. O, 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə Yaponiyanın elm adamlarına verilən ən yüksək “Honda” mükafatı ilə təltif olunub.

Lütfi Zadə Berkli Universitetinin ömürlük professoru seçilmiş yeganə şəxs idi. O, NASA və NATO-nun aparıcı mütəxəssisi olub. Həmçinin yaşadığı Berkli şəhərində öz adına olan “İnstitute Zadeh-ZIFT” İnformasiya Texnologiyaları İnstitutuna rəhbərlik edib. Lütfi Zadə alman alimi Maks Plankdan sonra dünyada ikinci alimdir ki, sağlığında həm özünün, həm də nəzəriyyəsinin adını daşıyan elmi mərkəz yaranıb.

Bir çox xarici ölkə akademiyalarının üzvü olan Lütfi Zadə çoxlu sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülüb, medallarla təltif edilib. Onlarca xarici dövlət və ictimai təşkilatların fəxri doktoru olub. Dünyaşöhrətli alim, həmçinin ABŞ Milli Mühəndislik Akademiyasının üzvü, fəxri akademiki seçilib. O, eyni zamanda, AMEA İnformasiya Texnologiyaları İnstitutunun “İnformasiya Cəmiyyəti Problemləri” və “İnformasiya Texnologiyaları Problemləri” jurnallarının fəxri baş redaktoru olub.

Alimin nəşi öz vəsiyyətinə uyğun olaraq, Azərbaycana gətirilib və birinci Fəxri xiyabanda dəfn edilib.

Bənzər Xəbərlər

Cəmiyyət

Rəngli konfetlərin arxasındakı təhlükə - 3 yaşadək uşaqlar narkotikdən zəhərlənir

Sentyabr 6, 2026
Cəmiyyət

Bu təqaüd 100 manata qaldırıla bilər

Sentyabr 6, 2026
Cəmiyyət

Universitetlər bu rayonlara köçürülə bilər – SİYAHI

Sentyabr 6, 2026
Cəmiyyət

İntensiv yağışlar başlayır – Əhaliyə XƏBƏRDARLIQ

Sentyabr 6, 2026
Cəmiyyət

Misir Mərdanov narazılıq etdi

Sentyabr 6, 2026
Cəmiyyət

Payızın “vitamin bombaları” – Bunları hər gün yeyin

Sentyabr 5, 2026

XƏBƏR LENTİ

İsrail Livana zərbə endirdi: ölənlər var

06 Sentyabr, 26 / 12:10

3 BÜRC saf görünsələr də, onları aldatmaq olmur

06 Sentyabr, 26 / 11:51

Təyyarədə sərnişini yapışqan lentlə oturacağa bağladılar - VİDEO

06 Sentyabr, 26 / 11:32

Rəngli konfetlərin arxasındakı təhlükə - 3 yaşadək uşaqlar narkotikdən zəhərlənir

06 Sentyabr, 26 / 11:13

Bu təqaüd 100 manata qaldırıla bilər

06 Sentyabr, 26 / 10:54

Universitetlər bu rayonlara köçürülə bilər – SİYAHI

06 Sentyabr, 26 / 10:35

Lütfi Zadənin vəfatından 9 il ötür

06 Sentyabr, 26 / 10:16

İntensiv yağışlar başlayır – Əhaliyə XƏBƏRDARLIQ

06 Sentyabr, 26 / 9:57

Ağdamda traktor minaya düşdü

06 Sentyabr, 26 / 9:38

“Qarabağ”da gözlənilməz ayrılıq

06 Sentyabr, 26 / 9:19
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.