Son dəqiqə
Bakıda sərçələr niyə əvvəlki kimi görünmür? İşə qayıdanlara pensiya əlavəsi azaldıla və ya dayandırıla bilər Hər sahibkara «pitch deck» lazım deyil: Asiyada işin gələcəyinin gözdən qaçan orta halqası 2100-cü ilədək yaşayacaq uşaqlar artıq doğulur – Azərbaycanda gözlənilən ömür Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır Qırğızıstanda Azərbaycan dilinin tədrisinə başlanılır – GÖRÜNTÜ Hərbçilərin maaşına dair minimum hədd qanundan çıxarılır Dövlət qulluqçularının pensiyası maaşa bağlı olmayacaq Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı açıqlandı Pensiya hesabına sosial sığorta haqqının 85 faizi yazılacaq
Reklam
Reklam

Mənzil kirayəsindən vergi azaldıldı: 14%-dən 10%-ə

Cəmiyyət

Bu gündən mənzil kirayəsindən əldə olunan gəlirlərə tətbiq edilən vergi dərəcəsi azaldılıb.

Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz vergi tutulacaq.

Cagdas.az-ın məlumatına görə, indiyədək fiziki şəxslərin mənzilləri kirayə verməsindən əldə etdiyi gəlirlərdən 14 faiz vergi tutulurdu. Yeni dəyişikliklə bu vergi dərəcəsi 10 faizə endirilib.

Qeyd edək ki, kirayə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə, vergini kirayəyə verən şəxs özü və ya onun təyin etdiyi vergi agenti ödəyəcək. Bu zaman həmin şəxs vergi uçotuna alınmalı və müvafiq vergi bəyannaməsini təqdim etməlidir.