• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9329
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

“Makler evləri” ilə bağlı VACİB XƏBƏR

24 Sentyabr, 26 / 16:03
A A

on illər Bakı və Abşeronun əksər qəsəbələrində “makler evi” kimi tanınan fərdi yaşayış evlərinin tikintisi sürətlə genişlənir. Əvvəllər daha çox kiçik torpaq sahələrində inşa edilən yığcam evlərə üstünlük verilirdisə, artıq sifarişdən asılı olaraq iki və ya daha çox mərtəbəli, geniş həyətyanı sahəyə malik tikililər də daxil edilir. Lakin tələbatın artmasına baxmayaraq, bir çox alıcı bu cür evlərin keyfiyyət və davamlılıq baxımından ənənəvi üsulla tikilənlərdən xeyli geridə qalmasından narazılıq edir.

Cagdas.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, “makler evləri”ndə tikintinin keyfiyyəti onu həyata keçirən və satan şəxsin, bir növ, öz seçiminə bağlı olan məsələdir:

“Makler evləri” dediyimiz daşınmaz əmlaklar ayrı-ayrı şəxslər tərəfindən bu sahədə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi formasıdır. Eyni adam, tutaq ki, Bakının ucqar ərazilərindən birində, şəhərdənkənar ərazilərdə 20 sot torpaq sahəsi alır. Həmin 20 sot torpaq sahəsində 200 kvadratmetrlik bölgü aparmaqla, yəni 2 sotdan bölməklə, burada 10 dənə ev tikir. Sezar pizza

Bu da, təbii ki, ümumi olaraq el arasında “makler evi” kimi qiymətləndirilir. Burada tikintinin keyfiyyəti onu həyata keçirən və satan şəxsin, bir növ, öz seçiminə bağlı olan məsələdir. Mən bu sahədə fəaliyyət göstərən elə adamlar tanıyıram ki, kifayət qədər keyfiyyətli iş görürlər. Onlar heç bir halda sənədsiz torpaq qətiyyən almırlar, yalnız sənədli torpaqlar alırlar. Çünki evi tikib bitirəndən sonra daha çox kiçikölçülü, aşağıölçülü evlərə üstünlük verirlər ki, onu daha asan sata bilsinlər, hətta ipoteka üçün yararlı olsun”.

Ekspert əlavə edib ki, alıcılar aşağıdakı nüanslara diqqət etməlidir:

“Amma elə şəxslər də var ki, heç bir biznes planlaması aparmadan “harada gəldi, necə gəldi” prinsipi ilə fəaliyyət göstərirlər və sonrakı mərhələdə onların o evləri satmasında da problemlər yaranır. Bəli, belə hallar var ki, məsələn, evin çöl divarları qoşa daşdan olmalıdır, amma bir daşdan — bir mişar daşından ibarət inşa edilirlər. İzolyasiya işləri düzgün qaydada görülmür, evin özülü standartlara uyğun deyil, istifadə olunan tikinti materialları keyfiyyət göstəricilərinə görə çox aşağı standartlara malikdir, istifadə olunan materiallarda müəyyən komponentlər çatışmır və s. və ilaxır. Belə hallar kifayət qədərdir və bu, sonrakı mərhələdə evi alan şəxs ilə evi satan şəxs arasında bəzən mübahisələrə qədər gətirib çıxara bilir.

Amma bir daha qeyd edirəm, vətəndaşlara tövsiyəmiz odur ki, ucuz variantlara üstünlük verməkdənsə, daha çox keyfiyyətə diqqət etsinlər. Çünki birinci növbədə evin sənədi olmalıdır. Sənəd yoxdursa, o evə yaxın getməyin, o evi almayın. Sənədi olan evin, təbii ki, keyfiyyət göstəricilərinə diqqət olunmalıdır; ən azından orada istifadə olunan tikinti materiallarına baxılmalıdır və s. Amma aydın məsələdir ki, bu gün ev almaq istəyində olan şəxslərin maddi imkanları bəzən bu tələblərə cavab vermir və nəticə də göz qabağındadır”.

Bənzər Xəbərlər

Cəmiyyət

Zəfərə Aparan Yolun Başlanğıcı: 27 Sentyabr Anım Günü

Sentyabr 25, 2026
Cəmiyyət

İlham Əliyev: TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək

Sentyabr 25, 2026
Cəmiyyət

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

Sentyabr 25, 2026
Cəmiyyət

Mətbuat Şurasının qurultayı keçiriləcək

Sentyabr 25, 2026
Cəmiyyət

İnvestisiya Forumu çərçivəsində 11 sənəd imzalanıb

Sentyabr 25, 2026
Cəmiyyət

Bank kartlarında YENİ MƏHDUDİYYƏT – Ekspertdən AÇIQLAMA

Sentyabr 25, 2026

XƏBƏR LENTİ

Zəfərə Aparan Yolun Başlanğıcı: 27 Sentyabr Anım Günü

25 Sentyabr, 26 / 17:26

İlham Əliyev: TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək

25 Sentyabr, 26 / 17:26

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

25 Sentyabr, 26 / 17:13

Mətbuat Şurasının qurultayı keçiriləcək

25 Sentyabr, 26 / 17:01

İnvestisiya Forumu çərçivəsində 11 sənəd imzalanıb

25 Sentyabr, 26 / 16:47

Bank kartlarında YENİ MƏHDUDİYYƏT – Ekspertdən AÇIQLAMA

25 Sentyabr, 26 / 16:35

Günəşdə güclü partlayış gözlənilir – Maqnit qasırğası olacaq

25 Sentyabr, 26 / 16:21

Dövlət qulluğu ilə bağlı məhdudiyyətlər müəyyənləşir

25 Sentyabr, 26 / 16:07

Almaniya parlamentində Ukrayna ilə bağlı qalmaqallı təklif

25 Sentyabr, 26 / 15:56

Daha iki marşrut avtobusun hərəkət sxemi dəyişdi

25 Sentyabr, 26 / 15:53
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.