• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
26° Weather Columbus
$
1.7
€
1.9456
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Marketdə foto çəkməyə görə cərimə oluna bilərsiniz?

20 İyul, 26 / 11:16
A A

Azərbaycanda bəzi marketlərdə məhsulların fotosunun çəkilməsinə qadağa qoyulub. Bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Vətəndaşlar bildirirlər ki, bu məhdudiyyət qiymətlərin şəffaflığı ilə bağlı suallar yaradır və bəzi alıcılarda məhsulların qiymətlərinin süni şəkildə artırıldığı barədə şübhələr formalaşdırır.

Marketdə məhsulların qiymətini çəkmək olarmı? Bu proses qanunvericilikdə necə tənzimlənir?

Cagdas.az xəbər verir ki, globalinfo.az-a danışan hüquqşünas Əlövsət Allahverdiyev marketdə məhsulların və onların qiymət etiketlərinin şəklini çəkmək qanunla qadağan edilmir deyib:
“Bu məsələ bir neçə hüquqi aspektdən qiymətləndirilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununa əsasən, satıcı istehlakçıya məhsulun qiyməti barədə düzgün və aydın məlumat verməyə borcludur. Qiymət etiketləri ictimai məlumat hesab olunur və alıcının məlumatlandırılması məqsədi daşıyır. Bununla yanaşı, market özəl mülkiyyət olduğundan müəssisə daxili qaydalar müəyyən edə bilər. Məsələn, peşəkar çəkilişlərin, tripoddan istifadənin və ya kommersiya məqsədli videoçəkilişin məhdudlaşdırılması mümkündür. Mağaza əməkdaşı çəkilişin dayandırılmasını xahiş edərsə, mübahisə yaranmaması üçün bu tələbə əməl etmək məqsədəuyğundur. Lakin bu, çəkilişin qanunsuz olması anlamına gəlmir və daha çox müəssisənin daxili qaydaları ilə bağlı məsələdir”.

Hüquqşünas bildirib ki, çəkiliş zamanı digər müştərilərin, işçilərin üzlərinin, şəxsi və ya ödəniş kartı məlumatlarının icazəsiz görüntülənməsi, paylaşılması onların məxfilik hüquqlarını poza bilər:
“Buna görə də yalnız məhsulun və qiymət etiketinin fotoşəklinin çəkilməsi daha təhlükəsiz yanaşma hesab olunur. Əgər məqsəd kassada fərqli qiymətin tətbiq olunduğunu sübut etmək, endirim etiketini sənədləşdirmək yaxud istehlakçı hüquqlarının pozulduğunu təsdiqləməkdirsə, qiymət etiketinin və kassa çekinin fotoşəkilləri sonradan ediləcək şikayət zamanı sübut kimi istifadə oluna bilər. Qanunvericiliyə əsasən, məhsulların üzərində düzgün tərtib edilmiş qiymət etiketləri olmalı və alıcıya düzgün qiymət məlumatı təqdim edilməlidir. Nəticə etibarilə, məhsulun və qiymət etiketinin şəklini çəkmək ümumilikdə qanunla qadağan edilmir və istehlakçı hüquqlarının qorunması məqsədilə bu fotolardan sübut kimi istifadə etmək mümkündür”.

Bənzər Xəbərlər

Cəmiyyət

Dünyanın ən gözəl sözü bu imiş – MƏNASI…

İyul 20, 2026
Cəmiyyət

III qrupların DİQQƏTİNƏ! – Aşağı nəticə ilə qəbul şansı olan İXTİSASLAR

İyul 20, 2026
Cəmiyyət

Xaricdə oxuyan azərbaycanlıların ən çox seçdiyi ölkələr – SİYAHI

İyul 20, 2026
Cəmiyyət

Avropada təhlükəli istilər: Temperatur 50 dərəcəyə çata bilər

İyul 20, 2026
Cəmiyyət

Hansı universitet daha çox təqaüd verir? – RƏQƏMLƏR

İyul 20, 2026
Cəmiyyət

Aeroport tikmək üçün 5 dağın zirvəsini kəsdilər

İyul 20, 2026

XƏBƏR LENTİ

Yer əvvəllər isti olmayıb? – YENİ NƏTİCƏ

20 İyul, 26 / 23:49

Dünyanın ən gözəl sözü bu imiş – MƏNASI…

20 İyul, 26 / 23:35

“Real Madrid” dünya çempionatlarında tarixi rekorda imza atdı

20 İyul, 26 / 23:00

III qrupların DİQQƏTİNƏ! – Aşağı nəticə ilə qəbul şansı olan İXTİSASLAR

20 İyul, 26 / 22:48

DÇ-2026 nə ilə yadda qaldı? Rekordlar, skandallar, siyasət və əfsanəvi anlar

20 İyul, 26 / 22:33

Xaricdə oxuyan azərbaycanlıların ən çox seçdiyi ölkələr – SİYAHI

20 İyul, 26 / 22:19

Avropada təhlükəli istilər: Temperatur 50 dərəcəyə çata bilər

20 İyul, 26 / 22:05

Hansı universitet daha çox təqaüd verir? – RƏQƏMLƏR

20 İyul, 26 / 21:53

Aeroport tikmək üçün 5 dağın zirvəsini kəsdilər

20 İyul, 26 / 21:39

Sarkisyan 200 illik qalanı satmaqda ittiham olunur

20 İyul, 26 / 21:23
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.