Xəbər verdiyimiz kimi,keçmiş deputat Gültəkin Hacıbəyli Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib.
Onun “Ramiz Mehdiyev işi” çərçivəsində saxlanıldığı bildirilir.
Cagdas.az xəbər veriri ki bundan öncə Gültəkin Hacıbəylinin Mehdiyevdən qəbul etdiyi mülklərlə bağlı faktlar
Sözügedən mənzillər Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyevin sahibi olduğu, sonuncunun qardaşı oğlu Orxan Fikrət oğlu Əliyevin isə qanuni təmsilçisi olduğu “NLT” MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, Nəsimi rayonu Dilarə Əliyeva küçəsi, 251A ünvanında yerləşir.

Həmin mənzillərdən biri Gültəkin Hacıbəylinin atası Yunis Hacıyevin adındadır. Söhbət həmin ünvanda,6-cı mərtəbədən yerləşən 179.4 kv.m sahəsi olan 183 nömrəli mənzildən gedir. G.Hacıbəyli sözügedən mənzili hazırda yüksək məbləğə kirayə verib.
Həmin binanın 13-cü mərtəbəsində G.Hacıbəyliyə xüsusi “xidmətlərinə” görə, “boz kardinal” tərəfindən bağışlanan digər mənzil isə onun bacısı Aytən Hacıyevanın adına rəsmiləşdirilib. 178.18 kv.m sahəsi olan, 4 otaqlı həmin mənzildə isə G.Hacıbəyli özü tək yaşayırmış.

Bəs,bu mənzillərin hazırki bazar dəyəri nə qədərdir?(oxu24.com)
















