• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
24.9° Weather Columbus
$
1.7
€
1.9673
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Məhərrəmlikdə toy etmək olar? – AÇIQLAMA

12 İyun, 26 / 20:18
A A

İyunun 16-da Azərbaycanda Məhərrəm ayı başlayır.

Bu ayın əsas ənənələrindən biri də odur ki, müsəlmanların bir qismi Məhərrəmlikdə toy etmir.

Bəs məhərrəmlikdə toy etmək olarmı?

Cagdas.az  xəbər verir ki, mövzu ilə bağlı milli.az-a açıqlama verən ilahiyyatçı Tural İrfan bildirib ki, Məhərrəm ayı İslam təqviminə görə ilin başlanğıc ayıdır.

“Məhərrəm ayı İslam təqviminə görə ilin başlanğıc ayıdır. Bu ay Quranda haram ay hesab olunur. Yəni, bu ayda savaşmaq, qan tökmək olmaz. Peyğəmbər bu ayın əvvəllərində bir neçə gün oruc tutarmış. Ramazan orucu fərz qılındıqdan sonra Aşura orucu sünnət hökmünə keçib. Bir çox hadisələrin də bu ayda baş verdiyi qeyd olunur. Hətta Musa peyğəmbərin Firondan xilas olmasının da bu aya təsadüf etdiyi bildirilir. Lakin Məhərrəm ayında ən yaddaqalan və geniş təsir oyadan hadisə Peyğəmbərin nəvəsi Həzrət Hüseynin Kərbəlada şəhid olmasıdır. Bu hadisədən sonra, müəllifin fikrincə, xüsusilə farslar həmin faciədən xilafət əleyhinə istifadə etməyə başlayıblar. Buna səbəb kimi İmam Hüseynin həyat yoldaşının Sasani şahının qızı olması göstərilir.”

İlahiyyatçı qeyd edib ki, beləliklə, yas və matəm adı altında xilafət əleyhinə siyasi təbliğat və etiraz aksiyalarının təşkil edildiyi iddia olunur.

“Fars əsilli Büveyhilərin və erməni vəzirli Fatimilərin Məhərrəm ayından istifadə edərək İmam Hüseynin şəhadətini rəqib tərəfə qarşı fərqli ideoloji xəttə çevirdikləri qeyd edilir. Məhərrəm ayının matəm ayı elan olunması, qara geyinmək, mərsiyələr oxumaq, şüarlar səsləndirmək, bayraq və ələm qaldırmaq kimi ənənələr qədim fars və Sasani adətlərinin davamıdır. Həmin dövrlərdə şahlar üçün də bu formada yas mərasimləri keçirilirdi.”

T. İrfan bildirib ki, İslam dinində isə matəm və yasın qəti şəkildə qadağan edildiyi vurğulanır.

“Ölən şəxs üçün yalnız üç gün yas saxlamağın mümkün olduğu bildirilir. Qeyd olunur ki, Həzrət Məhəmməd Peyğəmbərin sağlığında 6 övladı vəfat edib, əmisi Həmzə, əmisi oğlu Cəfər və digər çoxsaylı səhabələr şəhid olublar. Buna baxmayaraq, Peyğəmbər onların heç biri üçün ümumi matəm elan etməyib. Hətta Peyğəmbərin özü vəfat etdikdə belə ona yas və matəm mərasimləri keçirilmədiyi, sonrakı illərdə vəfatının ildönümünün qeyd olunmadığı bildirilir. Müəllif bunu İslamın ruhu ilə əlaqələndirir və qeyd edir ki, İslam insanın ölümdən sonra, xüsusilə də şəhid olduqdan sonra əbədi həyata qovuşduğunu qəbul edir.”

İlahiyyatçı vurğulayıb ki, sonrakı dövrlərdə bəzi dairələr İmam Hüseynin şəhadətini ümumi matəm formasına çeviriblər.

“Bu ənənənin Azərbaycan ərazisinə də Səfəvilər dövründə keçdiyi qeyd olunur. Qurana, Peyğəmbərin sünnəsinə və Əhli-beytin mövqeyinə görə Məhərrəm ayı matəm ayı deyil. Bu ayda nikah və nişan mərasimlərinin keçirilməsi ilə bağlı hər hansı qadağa yoxdur. Yalnız İmam Hüseynin faciəvi şəhadətinin xatırlandığı günlərdə musiqili şənliklərin ehtiram əlaməti olaraq təxirə salınmasının etik baxımdan daha uyğun ola biləcəyi qeyd edilir.”

T. İrfan qeyd edib ki, İslam dinindəki hökmlər vəhyin tamamlanması və Peyğəmbərin vəfatı ilə yekunlaşıb.

“Kərbəla hadisəsi isə bundan təxminən 50 il sonra baş verib. Buna görə də sonradan baş verən hadisələr əsasında dinə yeni qaydaların əlavə edilməsinin doğru olmadığı bildirilir. Əhli-beyti sevmək Məhərrəm ayında sinə vurmaq və ya baş yarmaq deyil. Əsas olan halal yaşamaq, ibadət etmək, dürüst olmaq və Əhli-beytin əxlaqını örnək götürməkdir.

İlahiyyatçı qeyd edib ki, İslam dinində matəm, yas saxlamaq kimi ibadət, ayin, əmr yoxdur.

“Vaxtilə Mirzə Ələkbər Sabirin, Mirzə Cəlilin də tənqid etdiyi feodal molla sinfi bu ərəfədə xalqı istismar edib, nəzir, zəkat, xüms adı ilə vergi toplayıb, ələm gəzdirib pul yığıb. Odur ki, Qurana, İslama qayıdıb bu cür xurafatlardan uzaq olmaq vacibdir. İmam Hüseyni yas, matəmə yad etmək İslama, Qurana, Peyğəmbərin ənənəsinə tamamilə əksdir. Cənnətə gedən şəhid üçün sinə döyüb ağlayaq ki, niyə cənnətə getdi? Bu küfrdür, Allahın qədərinə üsyandır. Ümumiyyətlə Məhərrəm ayı ilə bağlı ənənəvi şəkildə istifadə olunan əməllərin çoxu fars xurafatı, İran mövhumatıdır. Çünki oradan başqa heç bir müsəlman ölkəsində Məhərrəm ayında nikah, evlilik edib etməmək mübahisə mövzusu deyil. Sabun işlətmək, çimmək, saça xına qoymaq olmaz deyirlər. Təəssüf ki, əhali arasında da bu xurafatları yayanlar var. Belə şeylər İmam Hüseynin ali amalına, şəhadət məqamına yaraşmayan, əksinə onu hörmətdən salmağa hesablanan cahiliyyət əməlləridir”, – deyə ilahiyyatçı qeyd edib.(sfera.az)

Bənzər Xəbərlər

Cəmiyyət

“TikTok” yayımçısı 35 günlük qazancını açıqladı: Məbləğ sosial şəbəkələrdə müzakirə yaratdı

İyun 12, 2026
Cəmiyyət

800 mindən çox insan piylənmədən əziyyət çəkir

İyun 12, 2026
Cəmiyyət

Şirvan suvarma kanalının tikintisinin tamamlanma tarixi açıqlandı

İyun 12, 2026
Cəmiyyət

Valideyn himayəsindən məhrum olan uşaqların sayı AÇIQLANDI

İyun 12, 2026
Cəmiyyət

Müasir suvarma sahələri 300 min hektara çatdırılacaq – Nazir müavini

İyun 12, 2026
Cəmiyyət

Kredit borcu olan əsgərlərə güzəşt varmı?

İyun 12, 2026

XƏBƏR LENTİ

“TikTok” yayımçısı 35 günlük qazancını açıqladı: Məbləğ sosial şəbəkələrdə müzakirə yaratdı

12 İyun, 26 / 21:17

800 mindən çox insan piylənmədən əziyyət çəkir

12 İyun, 26 / 21:03

Şirvan suvarma kanalının tikintisinin tamamlanma tarixi açıqlandı

12 İyun, 26 / 20:55

Valideyn himayəsindən məhrum olan uşaqların sayı AÇIQLANDI

12 İyun, 26 / 20:42

Müasir suvarma sahələri 300 min hektara çatdırılacaq – Nazir müavini

12 İyun, 26 / 20:30

Məhərrəmlikdə toy etmək olar? – AÇIQLAMA

12 İyun, 26 / 20:18

Kredit borcu olan əsgərlərə güzəşt varmı?

12 İyun, 26 / 20:03

Yeni cərimələr tətbiq olunacaq – Milli Məclisdən qərar

12 İyun, 26 / 19:28

Milli Məclisdən Şuşa ilə bağlı qərar

12 İyun, 26 / 19:16

Azərbaycan bu ölkədə səfirlik açacaq

12 İyun, 26 / 19:02
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.