Son dəqiqə
Avtomobilinin üzərinə ağac aşdı, ciddi ziyan dəydi – Dövlət qurumları vətəndaşın müraciətinə niyə baxmır? Hərbçilərin həyat yoldaşlarına 400 manat veriləcək Azərbaycanda dövlət bu şəxslərə ev verəcək Bu şəxslərə birdəfəlik yardım edilsin – TƏKLİF Qış dekabrın 22-də başlayır: Bakıda gecə 14 saatdan uzun olacaq Din xadimlərinə yeni məhdudiyyət qoyulub? – Şuradan açıqlama Bayden memuar yazıb: Putin, Zelenski və Trampdan bəhs edib – Maraqlı ETİRAFLAR “29 mindən çox sakinin yaşadığı massivdə məktəb yoxdur” Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır?

Məktəblərin 66 faizi 600 ballıq məzun yetişdirə bilmir

Cəmiyyət

Ölkədə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin böyük hissəsi 600 və daha yüksək bal toplayan məzun yetişdirə bilməyib. 

Cagdas.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) “Abituriyent” jurnalının 12-ci nömrəsində dərc olunan “2025-ci il tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materiallar”da məlumat verilib.

Statistikaya əsasən, cari ildə ölkənin 3207 ümumtəhsil məktəbinin məzunları I–IV ixtisas qrupları üzrə qəbul imtahanlarında iştirak edib. Lakin 600 və daha yüksək bal toplayan məzunlar bu məktəblərin yalnız 1095-də olub. Bu isə o deməkdir ki, məktəblərin cəmi 34,14 faizi 600 ballıq məzun yetişdirə bilib, təxminən 66 faizi isə belə nəticə göstərə bilməyib.

Hesabatda diqqət çəkən məqamlardan biri də lisey və gimnaziyaların nəticələri ilə bağlıdır. Belə ki, 600 baldan yuxarı nəticə göstərən 1095 məktəbin yalnız 103-ü lisey və gimnaziyadır. Onlar ümumi məktəblərin cəmi 9,41 faizini təşkil etsələr də, bütün 600 ballıq məzunların 23,11 faizi məhz bu təhsil müəssisələrinin payına düşüb.(modern.az)