Son dəqiqə
Dövlət qulluqçusunun pedaqoji fəaliyyəti yeni qaydada tənzimlənəcək Bu tarixlərdə maqnit qasırğası olacaq – Xəbərdarlıq AZCON-un dövlət satınalmaları üzrə səlahiyyətləri rəsmiləşdirildi Küləkli havada işləyənlərə dair yeni qaydalar təsdiqləndi Prezident hüquqi şəxslərin elektron satınalma müqavilələrini təsdiq edib Yağışlardan sonra Bakıdakı qəbiristanlıqlar su altında qaldı – VİDEO 2027-ci il büdcəsi müzakirəyə çıxarıldı – Gəlirlər və xərclər Sərhədi uçuş aparatı ilə pozan İran vətəndaşı saxlanıldı – DSX-dən ƏMƏLİYYAT Bakıda güclü külək 68 ağaca ziyan vurub Qızıl-gümüş ucuzlaşdı

Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR – Nazirlik AÇIQLADI

Cəmiyyət

2026-2027-ci tədris ilindən etibarən “Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndiriləcək. Platformadan Bakı ilə yanaşı, ölkənin digər regionlarında da istifadə olunacaq.

Yeni tədris ilindən etibarən platformaya Abşeronda 47, Gəncədə 50, Mingəçevirdə 29, Sumqayıtda 48 və Naxçıvanda 20 məktəb qoşulacaq. Beləliklə, ümumilikdə daha 194 məktəbdə “Rəqəmsal məktəb” platformasından istifadə ediləcək.

Çağdaş.Az xəbər verir ki, platformanın tətbiqində əsas məqsəd təhsil prosesinin rəqəmsallaşdırılmasını sürətləndirmək, məktəb idarəçiliyində müasir texnologiyalardan istifadəni genişləndirmək, şagird, müəllim, valideyn və məktəb rəhbərliyi arasında əlaqəni daha çevik və səmərəli təşkil etməkdir.

Yeni imkanlar çərçivəsində müəllimlər dərs jurnallarını elektron qaydada aparacaq. Bununla da kağız daşıyıcılardan istifadənin mərhələli şəkildə azaldılması və tədris məlumatlarının vahid rəqəmsal mühitdə idarə olunması nəzərdə tutulur.

Bundan başqa, platforma istifadəçiləri süni intellekt əsaslı rəqəmsal həllərdən də yararlana biləcəklər. Bu imkanların müəllimlərin gündəlik fəaliyyətinin optimallaşdırılmasına, müasir texnologiyalardan daha səmərəli istifadəyə və tədrisin fərdiləşdirilməsinə xidmət edəcəyi bildirilir.

Şagirdlər platforma üzərindən müxtəlif tədris resurslarına çıxış əldə edəcək, dərs cədvəlləri ilə tanış olacaq və qiymətlərini elektron qaydada izləyə biləcəklər.

Valideynlər isə şəxsi kabinetləri vasitəsilə övladlarının davamiyyəti, qiymətləri və nizam-intizam göstəriciləri barədə məlumat əldə edə biləcəklər. Bu, onların övladlarının təhsil prosesi və məktəbdəki fəaliyyəti barədə daha operativ məlumatlanmasına imkan verəcək.

Platformanın yeni regionlarda tətbiqi ilə daha çox məktəbin rəqəmsal həllərdən yararlanması və təhsil prosesinin müxtəlif istiqamətlərinin vahid rəqəmsal mühitdə təşkili hədəflənir.(Yeni Sabah)