• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9351
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə İqtisadiyyat

MƏRKƏZİ BANK 6,5% DEYİR, MARKETLƏRDƏ İSƏ... - Ərzağın bahalaşması nə ilə bağlıdır?

11 May, 26 / 13:33
A A

“2026-cı ilin mart ayının nəticələrinə əsasən inflyasiya 5,6 faiz təşkil edib. O cümlədən, ərzaq inflyasiyası 6,5%, qeyri-ərzaq inflyasiyası 3,7 %, ödənişli xidmətlər üzrə inflyasiya isə 5,7% təşkil edib. Mart ayının nəticələrinə əsasən, illik baza inflyasiya isə 5,5% səviyyəsində formalaşıb”.

Bunu Mərkəzi Bankın sədri Taleh Kazımov bu günlərdə Bankın İdarə Heyətinin faiz dəhlizi parametrləri barədə qərarına həsr olunmuş mətbuat konfransında deyib.

Qeyd edək ki, son illərdə Azərbaycanda qiymət artımları ilə bağlı ən çox müzakirə olunan məsələlərdən biri ərzaq məhsullarının bahalaşmasıdır. Xüsusilə gündəlik istehlak olunan çörək, ət, yağ, süd məhsulları və tərəvəzin qiymətindəki dəyişikliklər əhalinin diqqətindən yayınmır. Vətəndaşlar hesab edir ki, rəsmi inflyasiya göstəricilərindən fərqli olaraq, real bahalaşma daha çox məhz ərzaq bazarında hiss olunur. İnsanlar gündəlik alış-veriş zamanı əvvəlki dövrlə müqayisədə daha çox xərc çəkdiklərini bildirirlər.

Ən çox hansı ərzaq məhsulları bahalaşıb?

Dövlət Statistika Komitəsinin (DSK) hesabatına görə, cari ilin ilk 3 ayında qiyməti ən çox artan məhsullardan – tütün məmulatları 11,1 faiz, süd, süd məhsulları və yumurta 10,5 faiz, meyvələr 10 faiz, araq və brendi 8,9 faiz, balıq və balıq məhsulları 8,8 faiz, ət və ət məhsulları 7,9 faiz, kərə və bitki yağları, çay, qəhvə və kakao isə 7,3 faiz bahalaşıb.

Yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 5,7 faiz, qeyri-qida məhsullarının qiymətləri isə 3,6 faiz artıb.

6,5%-lik artım real vəziyyətə uyğundurmu?

Çağdaş.Az-ın məlumatına görə, iqtisadçı Xalid Kərimli “AzPolitika”-ya şərhində bildirib ki, inflyasiyanın hesablanmasının xüsusi metodologiyası mövcuddur və burada ərzaq məhsullarının sayı müəyyənləşdirilsə də, hər bir məhsulun ayrıca qiyməti göstərilmir. Onun sözlərinə görə, bu məlumatları internet üzərindən də rahat şəkildə əldə etmək mümkündür. Təxminən 180-190 adda ərzaq mövqeyi üzrə qiymət göstəriciləri izlənilir.

Ekspert qeyd edib ki, hər il inflyasiya hesablanmazdan əvvəl Dövlət Statistika Komitəsi sorğu keçirir və əhalinin hansı məhsullardan nə qədər istifadə etdiyini müəyyənləşdirir: “Yəni, illik istehlak səbətinin çəkisini müəyyənləşdirmək üçün araşdırma aparılır. Məsələn, çörəkdən nə qədər istifadə edilir, yağdan nə qədər istifadə olunur, ət və balıq məhsulları nə qədər istehlak edilir və s. İnflyasiya hesablanarkən bütün məhsullar eyni çəkidə götürülmür. Tutaq ki, balıq il ərzində daha az istehlak olunur, amma qoyun əti daha çox istifadə edilirsə, həmin məhsulun çəkisi daha yüksək olur. Bu çəkilər xüsusi statistik metodologiyalar əsasında müəyyənləşdirilir və sorğular vasitəsilə davamlı yenilənir”.

Onun sözlərinə görə, hər hansı ərzaq məhsulunun qiymətində kəskin artım baş verdikdə, bunun ümumi inflyasiyaya təsiri də həmin məhsulun istehlak səbətindəki çəkisinə uyğun hesablanır: “Burada yalnız ərzaq məhsulları deyil, qeyri-ərzaq məhsulları da nəzərə alınır. Təxminən 500-dən çox məhsul növü var və bu siyahı Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir. Həmin məhsulların təxminən 200-ə yaxını ərzaq məhsullarıdır və onların orta çəkili qiymətləri müşahidə edilir. Məsələn, bir məhsulun qiyməti 15% artır, digər məhsulda isə 1-2% artım və ya azalma olur. İlin ərzində hansı məhsuldan nə qədər istifadə edilməsi nəzərə alınaraq ümumi dəyişiklik hesablanır”.

X.Kərimli hesab edir ki, hesablamalarda müəyyən fərqlər ola bilər, lakin bu fərqlər ciddi ölçüdə deyil: “Təbii ki, daha dəqiq hesablama zamanı nəticə 6 yox, 7 və ya 5 çıxa bilər. Amma bu, 3-5 dəfə fərq demək deyil. Ona görə də hesab edirəm ki, mövcud metodologiya əsaslıdır. Beynəlxalq bazarlarda ərzaq məhsullarının ucuzlaşması Azərbaycanda avtomatik şəkildə qiymət enişinə səbəb olmur. Biz ərzağı gedib dünyanın ən ucuz ölkəsindən almırıq. Əsas idxal etdiyimiz ölkələr Türkiyə, Rusiya, İran və Avropa ölkələridir. Həmin ölkələrdə inflyasiya səviyyəsi də bizim üçün önəmlidir. Məsələn, Türkiyədə inflyasiya yüksəkdirsə və lirə dəyər itirirsə, bu, məhsulların maya dəyərinə təsir edir və nəticədə Türkiyə məhsulları bizim bazarda baha olur”.

İqtisadçı vurğulayıb ki, yalnız qlobal əmtəə birjalarındakı qiymətlərə baxmaq düzgün yanaşma deyil: “Təkcə dünya birjalarında ərzaq məhsullarının qiyməti deyil, idxal etdiyimiz ölkələrdəki inflyasiya da böyük rol oynayır. Əgər Türkiyədə bir məhsul artıq 2 dollara satılırsa, biz burada çox şey dəyişə bilmərik. Kimsə deyə bilər ki, Braziliyada daha ucuzdur, gedib oradan alaq. Amma burada məsafə, logistika, tərəfdaşlıq münasibətləri, müqavilələr və digər məhdudiyyətlər var. Bu proses o qədər də sadə deyil”.

Ekspert Mərkəzi Bank rəhbərliyinin də idxal inflyasiyasını əsas amillərdən biri kimi qiymətləndirdiyini bildirib:“Mərkəzi Bank sədrinin də qeyd etdiyi kimi, inflyasiyanın 70-80%-i təklif və xərc amilləri ilə bağlıdır. Bunun da böyük hissəsi idxal etdiyimiz ölkələrdəki inflyasiya ilə əlaqədardır. Daxildə kommunal və yanacaq qiymətlərinin artması da inflyasiyaya ciddi təsir göstərir. Tarif Şurası mütəmadi olaraq enerji daşıyıcılarının və kommunal xidmətlərin qiymətlərini artırır. Məsələn, ötən ilin dekabrında dizelin qiyməti 10%, benzinin qiyməti isə 5% artırıldı. Ondan əvvəl də analoji artımlar olmuşdu. Bu isə daxili logistika və istehsal xərclərini yüksəldir”.

Onun sözlərinə görə, maaş artımları da müəyyən mənada qiymətlərə təsir edir:“Biz deyirik ki, əməkhaqları artır. Bu da nəticədə sahibkarın, idxalçının və istehsalçının xərclərinə təsir göstərir. Məsələn, əvvəllər bir ton məhsulu 300 manata daşımaq mümkün idisə, indi bu xərc 400-500 manata çata bilir. Eyni zamanda məhsulun emal və istehsal xərcləri də artır”.

Əhali pulunun böyük hissəsini ərzağa sərf edir

Azərbaycan əhalisinin xərclərinin yarıdan çoxu ərzaq məhsullarına sərf edilir. Dövlət Statistika Komitəsi 2026-cı ilin 1-ci rübündə pərakəndə ticarət dövriyyəsini açıqladığı məlumata görə, 2026-cı ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 15 milyard 927,3 milyon manatlıq məhsul satılıb.

Bundan 8 milyard 775 milyon manat ərzaq məhsulları, içkilər və tütün məmulatlarına, 7 milyard 152 milyon manat qeyri-ərzaq mallarına sərf edilib. 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 faiz, qeyri-ərzaq malları üzrə 6,6 faiz artıb.

Komitə bildirir ki, 2026-cı ilin yanvar-mart aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,4 faizi ərzaq məhsullarının, 4,7 faizi içkilər və tütün məmulatlarının, 14,6 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,0 faizi avtomobil benzini və dizel yanacağının, 4,5 faizi elektrik malları və mebellərin, 2,7 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,6 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,5 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

İlin ilk 3 ayında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 517,2 manatlıq məhsul alıb. Bunun 284,9 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 232,3 manatı qeyri-ərzaq mallarının payına düşüb.

“Visual Capitalist” platformasının araşdırmasına görə, Azərbaycan ərzaq qiymətlərinin ən çox artdığı ölkələr sırasındadır. Belə ki, 2026-cı ildə 160 ölkənin yer aldığı ərzaq qiymətlərinin artım proqnozları siyahısında Azərbaycan 26-cı yerdə qərarlaşıb.

Bənzər Xəbərlər

İqtisadiyyat

Neft yeni həftəyə bu qiymətlə başladı

İyun 29, 2026
İqtisadiyyat

Tezliklə maaşlar artırıla bilər – Əhaliyə sevindirici xəbər

İyun 28, 2026
İqtisadiyyat

Dünya bazarında neftin qiyməti yenidən enib

İyun 27, 2026
İqtisadiyyat

Ev alqı-satqısı ilə bağlı mühüm dəyişiklik gündəmdə: Qiymətlər enəcək? - VİDEO

İyun 27, 2026
İqtisadiyyat

Prezidentin lizinqlə bağlı ÖNƏMLİ FƏRMANI - Nələr olacaq?

İyun 26, 2026
İqtisadiyyat

Azərbaycandan Ermənistana neft məhsulları daşıyan növbəti qatar yola salınıb

İyun 26, 2026

XƏBƏR LENTİ

Yayda hansı rəng geyimlərə üstünlük verilməlidir? – İstidən qorunmağın yolları

29 İyun, 26 / 23:53

Balıq yağı yaddaşı gücləndirmir – YENİ ARAŞDIRMA

29 İyun, 26 / 23:40

Yeni həftədə bu bürcləri sürprizlər gözləyir

29 İyun, 26 / 23:19

Xoruldayan kişilər həyat yoldaşlarının ömrünü qısaldır – ARAŞDIRMA

29 İyun, 26 / 23:06

Bakıda zibili hələ də düzgün atmırlar – Vətəndaşlara ÇAĞIRIŞ

29 İyun, 26 / 22:51

Eyfel qülləsini ildırım vurdu

29 İyun, 26 / 22:37

WhatsApp-da yeni gizli dövr — Hər kəsin gözlədiyi funksiya gəldi

29 İyun, 26 / 22:24

Bu il 800 milyon dollar qazanan azərbaycanlı iş adamı

29 İyun, 26 / 21:33

Bakı və Sumqayıtın bəzi ərazilərini qurbağalar basdı – VİDEO

29 İyun, 26 / 21:19

Azərbaycan nazirlərinin ixtisasları: Kim haranı bitirib?

29 İyun, 26 / 21:05
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.