• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
22.2° Weather Columbus
$
1.7
€
1.9324
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə İqtisadiyyat

Tezliklə maaşlar artırıla bilər – Əhaliyə sevindirici xəbər

28 İyun, 26 / 14:43
A A

Son illər Azərbaycanda maaşların artırılması ilə bağlı qərarlar qəbul edilsə də, əhalinin böyük hissəsi hesab edir ki, gəlirlərin artım tempi bahalaşmanı tam kompensasiya etmir. Xüsusilə ərzaq, kommunal xidmətlər və digər gündəlik xərclərin bahalaşması fonunda əməkhaqlarının yenidən artırılması məsələsi tez-tez gündəmə gəlir.

Mövcud iqtisadi göstəricilər fonunda Azərbaycanda yaxın dövrdə minimum əməkhaqqının artırılması real görünürmü?

Çağdaş.Az-ın məlumatına görə, Globalinfo.az-a danışan hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova deyib ki, 2026-cı il üçün büdcə sənədlərində minimum əməkhaqqının 400 manat səviyyəsində saxlanılması nəzərdə tutulub:

“Bu da yaxın perspektivdə artımın planlaşdırılmadığını göstərir. Lakin, qanunvericilik minimum əməkhaqqına ildə ən azı bir dəfə baxılmasını nəzərdə tutur. Bu isə o deməkdir ki, iqtisadi şərait, inflyasiya və xüsusilə, gündəlik xərclərin bahalaşması fonunda hökumət ildə bir neçə dəfə artım barədə qərar verə bilər. Fikrimcə, mövcud inflyasiya və yaşayış xərclərinin dinamikası onu göstərir ki, minimum əməkhaqqına ildə bir dəfə deyil, ən azı iki dəfə yenidən baxılması daha məqsədəuyğun olardı”.

İqtisadçı bildirib ki, qiymətlər il ərzində davamlı dəyişdiyi halda, əməkhaqqının yalnız bir dəfə artırılması əhalinin alıcılıq qabiliyyətini qorumaq üçün kifayət etmir:

“Əməkhaqqının inflyasiya göstəricilərinə uyğun olaraq hər altı aydan bir indeksləşdirilməsi sosial baxımdan daha ədalətli yanaşma hesab edilə bilər. Əks halda nominal maaş artsa da, real gəlirlər azalmaqda davam edir. Son illərə baxsaq, minimum əməkhaqqı müəyyən dövrlərdə 15-20 faiz artırılsa da, eyni müddətdə bir sıra əsas istehlak malları və xidmətlər üzrə qiymət artımı daha yüksək olub.

vusale ehmedova 1

Məsələn, minimum əməkhaqqı hazırda 400 manatdır. İllik inflyasiyanı ən az 5 faiz götürsək, ilin ortasına qədər bu maaşın real alıcılıq qabiliyyəti təxminən 20 manat azalmış olacaq. Hələ ərzaq inflyasiyası ümumi inflyasiyadan daha yüksəkdir. Məsələn, ərzaq inflyasiyası ən az 7-8% səviyyəsində olarsa, aşağı gəlirli ailələrin faktiki itkiləri daha da artacaq”.

Vüsalə Əhmədovanın sözlərinə görə, minimum əməkhaqqının hər altı aydan bir indeksləşdirilməsi daha effektiv mexanizmdir:

“Məsələn, 400 manatlıq minimum əməkhaqqı ilin əvvəlində 10 faiz artırılaraq 440 manata, ilin ikinci yarısında isə inflyasiyanın davam etməsi nəzərə alınaraq əlavə 10-12 faiz artırılaraq təxminən 485-500 manata çatdırıla bilər. Bundan əlavə, Azərbaycanda minimum əməkhaqqının orta aylıq əməkhaqqına nisbəti təxminən 36 faiz təşkil edir. Halbuki Avropa ölkələrinin əksəriyyətində bu göstərici 45-50 faiz intervalındadır. Fransa, Portuqaliya, Sloveniya kimi ölkələrdə hətta 50 faizdən yuxarıdır”.

İqtisadçı bildirib ki, AB ölkələrində minimum əməkhaqqı daha yüksək sosial müdafiə təmin edir:

“Avropa İttifaqının Minimum Əməkhaqqı Direktivi”ndə konkret faiz müəyyən edilməsə də, minimum əməkhaqqının adekvatlığı qiymətləndirilərkən, minimum əməkhaqqının orta əməkhaqqının təxminən 50 faizinə və ya median əməkhaqqının 60 faizinə yaxın olması kimi istinad göstəricilərindən istifadə etmək tövsiyə edilir. Bu, aşağı gəlirli əhalinin sosial müdafiəsinin gücləndirilməsi baxımından mühüm hesab olunur”.

Zaira Akifqızı

Bənzər Xəbərlər

İqtisadiyyat

Dünya bazarında neftin qiyməti yenidən enib

İyun 27, 2026
İqtisadiyyat

Ev alqı-satqısı ilə bağlı mühüm dəyişiklik gündəmdə: Qiymətlər enəcək? - VİDEO

İyun 27, 2026
İqtisadiyyat

Prezidentin lizinqlə bağlı ÖNƏMLİ FƏRMANI - Nələr olacaq?

İyun 26, 2026
İqtisadiyyat

Azərbaycandan Ermənistana neft məhsulları daşıyan növbəti qatar yola salınıb

İyun 26, 2026
İqtisadiyyat

Avro bahalaşdı, rubl ucuzlaşdı

İyun 25, 2026
İqtisadiyyat

Qızılın qiyməti 4000 dollardan aşağı düşdü – Daha da ucuzlaşacaq

İyun 25, 2026

XƏBƏR LENTİ

SEPAH rəsmisi Pezeşkianın yalan dediyini iddia etdi

28 İyun, 26 / 16:15

Masonlar Bakıda toplaşdı –Azərbaycan Böyük Mason Lojasının Məclisi keçirildi / FOTOLAR 

 

28 İyun, 26 / 15:56

3-7 yaş aralığındakı uşaqlar üçün təhlükə siqnalı

28 İyun, 26 / 15:38

Sürücülərin DİQQƏTİNƏ – Bunlar maşında alışmaya səbəb olur

28 İyun, 26 / 15:19

Peskov dilinin bəlasına düşdü

28 İyun, 26 / 15:01

Tezliklə maaşlar artırıla bilər – Əhaliyə sevindirici xəbər

28 İyun, 26 / 14:43

“Bakını vurardıq” bəyanatına Bakıdan cavab: “İranda yaxşı bilirlər ki…”

 

28 İyun, 26 / 14:24
Iran's national flag waves as Milad telecommunications tower and buildings are seen in Tehran, Iran, Tuesday, March 31, 2020. In recent days, Iran which is battling the worst new coronavirus outbreak in the region, has ordered the closure of nonessential businesses and banned intercity travels aimed at preventing the virus' spread.   (AP Photo/Vahid Salemi)

İrana bu ölkə hücum edibmiş – Təcili iclas çağırılır

28 İyun, 26 / 14:05

DÇ-2026: pley-off mərhələsinə yüksələn komandalar – Siyahı

 

28 İyun, 26 / 13:46

Tehran: ABŞ həm BMT Nizamnaməsini, həm də razılaşmanı pozdu

28 İyun, 26 / 13:27
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.