Son dəqiqə
Avtomobilinin üzərinə ağac aşdı, ciddi ziyan dəydi – Dövlət qurumları vətəndaşın müraciətinə niyə baxmır? Hərbçilərin həyat yoldaşlarına 400 manat veriləcək Azərbaycanda dövlət bu şəxslərə ev verəcək Bu şəxslərə birdəfəlik yardım edilsin – TƏKLİF Qış dekabrın 22-də başlayır: Bakıda gecə 14 saatdan uzun olacaq Din xadimlərinə yeni məhdudiyyət qoyulub? – Şuradan açıqlama Bayden memuar yazıb: Putin, Zelenski və Trampdan bəhs edib – Maraqlı ETİRAFLAR “29 mindən çox sakinin yaşadığı massivdə məktəb yoxdur” Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır?

Metroda limitsiz abunə kartları nə vaxt tətbiq olunacaq? – RƏSMİ AÇIQLAMA

Cəmiyyət

2026-cı ildə Bakı Metropolitenində abunə, limitsiz və çoxgedişli gediş paketlərinin tətbiqi nəzərdə tutulmur.

Cagdas.az bildiriri ki bu barədə Modern.az-ın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

“Lakin bu istiqamətdə araşdırmalar aparılır və gələcək tətbiq üçün əsas tələblər müəyyən edilir. Tarif siyasəti ilə bağlı olaraq paketlərin qiymətləri və istifadə qaydalarının səlahiyyətli qurum tərəfindən təsdiqlənməsı, eyni zamanda sərnişinlərin şəxsi məlumatlarının qorunması, həmçinin təhlükəsizlik və əməliyyat baxımından kartlarla bağlı mümkün qanunsuzluqların qarşısının alınması, pilot layihənin həyata keçirilməsi və sərnişinlər arasında məlumatlandırma işlərinin aparılması vacibdir”.

Qurumdan verilən məlumatda qeyd olunub ki, həmçinin texniki baxımdan turniket və oxuyucuların yenilənməsi və ya proqram təminatının təkmilləşdirilməsi tələb olunur:

“Bu sistemlər vaxt əsaslı abunələri (həftəlik, aylıq, illik) tanımalı, limitsiz istifadəni düzgün tətbiq etməli və çoxgedişli paketlərdə gediş sayını avtomatik olaraq azaltmalıdır. Bundan əlavə, abunələrin avtomatik aktivləşdirilməsi və illik limitsiz kartlar üçün fərdi identifikasiya kimi funksiyalar da təmin edilməlidir.

Gələcəkdə tarif siyasətində dəyişikliklərin və yeni ödəniş modellərinin tətbiqi üçün sistem çevik olmalı, açıq standartlardan istifadə edilməli və hesab əsaslı bilet sisteminə keçid nəzərdən keçirilməlidir. Eyni zamanda ödəniş üsullarının daha ədalətli və səmərəli tarif mexanizminin formalaşdırılmasına, sərnişin rahatlığının artırılmasına və sərnişin axınının daha düzgün idarə olunmasına xidmət etməsi prioritet vəzifələrdəndir”, – deyə rəsmi məlumatda vurğulanıb.