Son dəqiqə
Avtomobilinin üzərinə ağac aşdı, ciddi ziyan dəydi – Dövlət qurumları vətəndaşın müraciətinə niyə baxmır? Hərbçilərin həyat yoldaşlarına 400 manat veriləcək Azərbaycanda dövlət bu şəxslərə ev verəcək Bu şəxslərə birdəfəlik yardım edilsin – TƏKLİF Qış dekabrın 22-də başlayır: Bakıda gecə 14 saatdan uzun olacaq Din xadimlərinə yeni məhdudiyyət qoyulub? – Şuradan açıqlama Bayden memuar yazıb: Putin, Zelenski və Trampdan bəhs edib – Maraqlı ETİRAFLAR “29 mindən çox sakinin yaşadığı massivdə məktəb yoxdur” Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır?

Meyvə bağı olanlara ŞAD XƏBƏR

Cəmiyyət

Azərbaycan Aqrar Subsidiya Şurasının 2026-cı il üçün qərarı ilə Naxçıvan Muxtar Respublikası üzrə əkin, məhsul və toxum subsidiyalarına diferensial yanaşma tətbiq edilib, bir sıra subsidiya məbləğləri əhəmiyyətli dərəcədə artırılıb.

Cagdas.az xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”na dair Naxçıvan iqtisadi rayonu üzrə keçirilən regional müşavirədə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, yeni qaydalara əsasən, müəyyən olunmuş texniki və aqrotexniki tələblərə cavab verən və 2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək Naxçıvanda salınan bir sıra meyvə bağları üçün ölkədə tətbiq olunan ən yüksək birdəfəlik əkin subsidiyaları sırasında məbləğlər müəyyən edilib: Mühüm yeniliklərdən biri Naxçıvanda intensiv və superintensiv meyvə bağları üçün də subsidiya ödənişlərinin nəzərdə tutulmasıdır. Məsələn, göstərilən dövrdə salınmış intensiv armud bağları üzrə hər hektara 20 000 manat, intensiv alma bağları üzrə isə hər hektara 21 000 manat birdəfəlik əkin subsidiyası müəyyən edilib”.

Nazir qeyd edib ki, superintensiv bağlar üçün subsidiya məbləği daha yüksəkdir: “Məsələn, superintensiv alma bağları üzrə hər hektara 32 200 manat subsdiya nəzədə tutulub ki, bu da bütün kateqoriyalar arasında ən yüksək subsidiya məbləğidir”.(Report)