• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
4.9° Weather Columbus
$
1.7
€
1.9934
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Müavinətlərlə bağlı VACİB XƏBƏR – Bu gündən RƏSMİLƏŞDİ

01 May, 26 / 10:56
A A

Bu gündən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə verilən müavinət üçün yenilik tətbiq olunacaq.

Cagdas.az  xəbər verir ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət tibb müəssisəsi tərəfindən elektron sənəd formasında tərtib edilmiş və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə ötürülmüş xəstəlik vərəqinə dair məlumatlara əsasən əmək qabiliyyətinin müvəqqəti itirildiyi təqvim günləri üçün veriləcək.

Müavinət almaq hüququ ən azı altı ay sosial sığorta stajı olan şəxslərə şamil ediləcək.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət əmək qabiliyyətinin müvəqqəti itirildiyi birinci gündən başlayaraq əmək qabiliyyəti bərpa olunanadək, lakin bir ildən çox olmayan dövr üçün verilir.

Bu müavinətin aylıq maksimal məbləği əmək pensiyasının minimum məbləğinin 25 mislindən və ya sığortaolunanın (əlavə iş yeri olduqda isə əsas və əlavə iş yerində cəmi qazancı nəzərə alınmaqla) aylıq vəzifə maaşı və ya tarif dərəcəsinin (vaxtamuzd əməkhaqqı alanlar üçün vaxtamuzd, işəmuzd əməkhaqqı alanlar üçün isə işəmuzd əməkhaqqı) iki qatından (istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi istisna olmaqla) artıq ola bilməz.

Müavinət stajdan asılı olmayaraq ümumi qazancın 100 faizi miqdarında ödənilir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət əmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan əvvəlki ardıcıl gələn dörd rübə münasibətdə sığortaolunan üçün ödənilmiş (həmin dövr üçün hesablanmış) məcburi dövlət sosial sığorta haqqının dörd mislindən hesablanır.

Xəstəliyin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta vəsaiti hesabına ödəniləcək. Xəstəlik bir neçə xəstəlik vərəqəsinə görə fasiləsiz olaraq ardıcıl davam edərsə, xəstəliyin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olmayaraq yalnız bir dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta vəsaiti hesabına ödənilir.

Xəstəlik bir neçə xəstəlik vərəqəsinə görə fasilələrlə davam edərsə, xəstəliyin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olaraq hər dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta vəsaiti hesabına ödəniləcək.

Qeyri-iş günlərinə düşməsinə görə xəstəlik müddəti üzrə kəsilmə baş verməsi səbəbindən xəstəlik vərəqində rejim pozuntusuna dair qeyd olduqda əmək qabiliyyətinin müvəqqəti itirilməsi fasiləsiz və ardıcıl hesab edilir.

Sığortaolunan əsas iş yeri ilə yanaşı əlavə iş yerində (yerlərində) muzdlu işə aid olan fəaliyyətdən gəlir əldə edərsə, bu zaman müavinət əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün sığortaedənlər tərəfindən hər bir iş yerindəki qazancı əsasında ayrı-ayrılıqda hesablanır və ödənilir. Qalan günlər üçün isə müavinət sığortaolunanın həm əsas, həm əlavə iş yeri (yerləri) üzrə ümumi qazancı əsasında hesablanır və məcburi dövlət sosial sığorta vəsaiti hesabına ödənilir.

Əsas iş yerindən əlavə muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunana müavinət sığortaedənin vəsaiti hesabına ilk 14 təqvim günü üçün yalnız əsas iş yerindən əldə etdiyi qazancı, qalan günlər üçün isə müavinət sığortaolunanın bütün qazancı əsasında hesablanır və məcburi dövlət sosial sığorta vəsaiti hesabına ödənilir.(Milli.Az)

Bənzər Xəbərlər

Cəmiyyət

Parlamentin plenar iclası keçirilir

May 1, 2026
Cəmiyyət

Bakıda güclü külək əsəcək – XƏBƏRDARLIQ

May 1, 2026
Cəmiyyət

Bakıda media ilə bağlı mühüm forum keçirilir

May 1, 2026
Cəmiyyət

Sürücülərin nəzərinə: bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

May 1, 2026
Cəmiyyət

Bakıda mənzillərin kvadratı 120 manat bahalaşacaq – SƏBƏB

May 1, 2026
Cəmiyyət

Ehtiyatdan çağırılan hərbçilərin toplanışı başa çatdı – FOTO

May 1, 2026

XƏBƏR LENTİ

Parlamentin plenar iclası keçirilir

01 May, 26 / 12:33

Bakıda güclü külək əsəcək – XƏBƏRDARLIQ

01 May, 26 / 12:18

Bakıda media ilə bağlı mühüm forum keçirilir

01 May, 26 / 12:03

Sürücülərin nəzərinə: bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

01 May, 26 / 11:52

Bakıda mənzillərin kvadratı 120 manat bahalaşacaq – SƏBƏB

01 May, 26 / 11:38

Ehtiyatdan çağırılan hərbçilərin toplanışı başa çatdı – FOTO

01 May, 26 / 11:25

Metro və avtobuslarda əlavə gedişhaqqı ödənişləri çıxılır? – Video

01 May, 26 / 11:10

Müavinətlərlə bağlı VACİB XƏBƏR – Bu gündən RƏSMİLƏŞDİ

01 May, 26 / 10:56

Deputatlar bu gün 8 vacib məsələni müzakirə edəcəklər

01 May, 26 / 10:41

Belə cərimələri şikayət edə bilərsiniz, silinəcək

01 May, 26 / 10:27
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.