• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
30.5° Weather Columbus
$
1.7
€
1.9442
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Nazirlərin müzakirə etdiyi məsələlər AÇIQLANDI

17 İyul, 26 / 17:07
A A

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

Cagdas.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, nazirlər Azərbaycan-Rusiya ikitərəfli gündəliyini, o cümlədən siyasi, iqtisadi, ticarət, nəqliyyat və humanitar sahələrdə əməkdaşlıq, həmçinin, regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Tərəflər iki ölkə arasında əldə olunmuş razılaşmaların icra vəziyyətini nəzərdən keçiriblər.

Müzakirələrdə İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti və Azərbaycan-Rusiya Biznes Şurasının rolu da daxil olmaqla, iqtisadi və ticarət əməkdaşlığının mövcud vəziyyəti və perspektivlərinə diqqət yetirilib.

Qeyd olunub ki, nəqliyyat əlaqələrinin və regional nəqliyyat layihələrinin inkişafı yalnız iştirakçı dövlətlərin deyil, bütövlükdə regionun iqtisadi dayanıqlığının möhkəmlənməsinə xidmət edir.

Nazirlər, həmçinin, Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin, multimodal daşımaların genişləndirilməsinin və logistika marşrutlarının səmərəliliyinin artırılmasının əhəmiyyətini vurğulayıblar.

Görüş zamanı humanitar sahədə əməkdaşlıq, mədəniyyət, təhsil, elm və idman sahələrində əlaqələrin inkişafı, insanlar arasında təmasların, akademik və gənclər mübadilələrinin təşviqi məsələləri də müzakirə olunub.

Xəzər dənizində ekoloji vəziyyətə, o cümlədən su səviyyəsinin azalmasından irəli gələn çağırışlara diqqət çəkilib və bu istiqamətdə əməkdaşlığın vacibliyi vurğulanıb.

Nazirlər regional və beynəlxalq gündəmdə duran aktual məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Cənubi Qafqazdakı vəziyyətə toxunan nazir Ceyhun Bayramov bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra regionda formalaşmış yeni reallıqlar beynəlxalq hüququn prinsiplərinə – dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına əsaslanır.

Qeyd edilib ki, Azərbaycanın sülh gündəliyinə sadiqliyi, konstruktiv təşəbbüsləri və etimad quruculuğu istiqamətində atdığı addımlar normallaşma prosesinin irəliləməsinə mühüm töhfə verib.

Görüşdə Yaxın Şərqdəki vəziyyət, Rusiya-Ukrayna münaqişəsi və digər regional və beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı da fikir mübadiləsi aparılıb. Sülh və sabitliyin təmin edilməsində diplomatik dialoqun, eləcə də beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin vacibliyi vurğulanıb.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi arasında 2026–2027-ci illər üçün Məsləhətləşmələr Planı nazirlər tərəfindən imzalanıb.(modern.az)

Bənzər Xəbərlər

Cəmiyyət

Azərbaycanda 5 ölkənin iştirakı ilə hərbi təlim keçiriləcək

İyul 17, 2026
Cəmiyyət

Nazirlikdən ucuz mənzillərlə bağlı AÇIQLAMA

İyul 17, 2026
Cəmiyyət

Azərbaycanın qaz ixracı 5% artıb

İyul 17, 2026
Cəmiyyət

Qəbul imtahanının nəticələri elan olundu

İyul 17, 2026
Cəmiyyət

Qızılın ucuzlaşması Azərbaycanın valyuta ehtiyatlarını azaldır

İyul 17, 2026
Cəmiyyət

Gömrük rüsumundan azad edilən hüquqi şəxslərin siyahısı genişləndirildi

İyul 17, 2026

XƏBƏR LENTİ

Azərbaycanda 5 ölkənin iştirakı ilə hərbi təlim keçiriləcək

17 İyul, 26 / 20:20

Ankara Ermənistanla bağlı mühüm qərar verdi

17 İyul, 26 / 20:06

Nazirlikdən ucuz mənzillərlə bağlı AÇIQLAMA

17 İyul, 26 / 19:53

Azərbaycanın qaz ixracı 5% artıb

17 İyul, 26 / 19:38

Qəbul imtahanının nəticələri elan olundu

17 İyul, 26 / 19:25

Qızılın ucuzlaşması Azərbaycanın valyuta ehtiyatlarını azaldır

17 İyul, 26 / 19:11

Gömrük rüsumundan azad edilən hüquqi şəxslərin siyahısı genişləndirildi

17 İyul, 26 / 18:57

Bağça müəllimləri üçün vakansiya seçiminin vaxtı uzadıldı

17 İyul, 26 / 18:42

Trampın oğlu: Azərbaycan dostumuz, İsrail isə müttəfiqimizdir

17 İyul, 26 / 18:28

Ölkəmizdə vəkillərin sayı 3000-i ötüb

17 İyul, 26 / 18:14
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.