• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9353
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Nəvəsini öldürərkən maqnitofonun səsini artırıb – Nənənin cinayətinin dəhşətli detalları

24 Sentyabr, 26 / 18:22
A A

Naxçıvanda nənənin nikahdankənar doğulan nəvəsini öldürməyinin detalları məlum olub. 

Cagdas.az bildiririki  “Qafqazinfo”nun məlumatına görə, Könül Salayeva uşağı “el içində biabır olarıq” düşüncəsi ilə qətlə yetirib. 52 yaşlı körpə qatilinin əməli məhkəmədə sübuta yetirilib.

İstintaq materiallarında yazılıb ki, qadının öldürdüyü körpəni onun qızı dünyaya gətirib. Rüsvay olacağını düşünən nənə isə ağlasığmaz cinayətə əl atıb. O, uşaq doğum evindən çıxarıldıqdan sonra elə avtomobildəcə onu boğub. Nənə körpənin səsinin eşidilməməsi üçün sürücüdən maqnitofonun səsini artırmasını istəyib. Daha sonra körpəni üzüüstə çevirərək ağız və burun nahiyəsini sıxıb. 10-15 dəqiqə sonra uşaq mexaniki asfiksiya nəticəsində ölüb. Nənə amansız planının davamı olaraq kəndə çatandan sonra körpənin meyitini həyətdəki tualet quyusuna atıb.

Bu cinayətin üstü 26 gün sonra açılıb. Polis və prokurorluq əməkdaşları tərəfindən Könül Salayeva cinayət məsuliyyətinə cəlb edilib, barəsində həbs qətimkan tədbiri seçilib.

Saleyava məhkəmədə ona elan olunan ittihamla özünü təqsirli bilib, günahsız körpəni öldürdüyü üçün çox peşman olduğunu dilə gətirib. Nənənin sözlərinə görə, qızı 6 il əvvəl ailəli olub boşanıb, həmin vaxtdan birlikdə yaşayırlar: “Qışda qızımın qarnında sancılar başladı. Həkim müayinədən sonra onun hamilə olduğunu dedi. Qızımdan bu barədə soruşanda “bir səhvdir, etmişəm” dedi. Uşağın atasının kim olduğunu isə demədi. Nə edəcəyimi bilmirdim. Öldürməkdən başqa çarəm yox idi. Qərara gəldim ki, uşağı elə xəstəxanadan çıxan kimi öldürüm. Sonra meyiti nə edəcəyimi bilmirdim. Evdə heç kim olmayanda həyətdəki tualet quyusuna atdım.

Hadisənin necə aşkara çıxdığını da bilmirəm. Qızıma zəng vurub polisə çağırdılar. Sonra da həyətə maşın gəldi. Bizi polis idarəsinə apardılar. Çox peşmanam, günahsız körpəni öldürmək istəməzdim”.

Öldürülən körpənin anası da məhkəmədə ifadə verib, övladına görə anasından şikayətçi olmayıb: “Körpənin atası ilə instaqramda tanış olmuşdum. Aramızda sevgi münasibəti yarandı, bir neçə dəfə görüşdük. Lakin yola getmədiyimizə görə ayrıldıq. Hamilə olduğumu bilməmişəm. Özümdə fizioloji dəyişiklik, ürəkbulanma hiss etməmişəm. Qarnımdakı şişin mədəaltı problemlə bağlı ola biləcəyini düşünürdüm. Ağrılar başlayanda xəstəxanaya apardılar. Həkim əvvəlcə bağırsaq keçməzliyindən şübhələndi. Amma UZİ-yə salanda hamilə olduğumu dedilər. Həkim uşağın qüsurlu göründüyünü dedi. Anam hamilə olduğumu biləndə şoka düşdü. “Uşağı öldürəcəyəm” dedi, amma ciddiyə almadım. Olan olub, amma körpəmin ölməsini istəməzdim, xəbərim olsaydı, mane olardım”.

Naxçıvan Ağır Cinayətlər Məhkəməsi yekunda Könül Salayevanı köməksiz vəziyyətdə olan şəxsi amansızlıqla öldürməkdə təqsirli bilib. Ona cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il həbs cəzası verilib.

Bənzər Xəbərlər

Cəmiyyət

Gələn ilin ən böyük xərclərdən biri müdafiə və milli təhlükəsizlik olacaq

Sentyabr 24, 2026
Cəmiyyət

Bu küçədə xüsusi hərəkət zolağı təşkil edildi

Sentyabr 24, 2026
Cəmiyyət

Gələn il Qarabağ və Şərqi Zəngəzura BU QƏDƏR xərclənəcək

Sentyabr 24, 2026
Cəmiyyət

Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olundu

Sentyabr 24, 2026
Cəmiyyət

Simonyan: Türkiyədən Ermənistana təhlükə görmürəm

Sentyabr 24, 2026
Cəmiyyət

Maşını cərimə meydançasına aparılan sürücülər bu qədər pul ödəyəcəklər

Sentyabr 24, 2026

XƏBƏR LENTİ

Gələn ilin ən böyük xərclərdən biri müdafiə və milli təhlükəsizlik olacaq

24 Sentyabr, 26 / 19:00

Bu küçədə xüsusi hərəkət zolağı təşkil edildi

24 Sentyabr, 26 / 18:49

Gələn il Qarabağ və Şərqi Zəngəzura BU QƏDƏR xərclənəcək

24 Sentyabr, 26 / 18:35

Nəvəsini öldürərkən maqnitofonun səsini artırıb – Nənənin cinayətinin dəhşətli detalları

24 Sentyabr, 26 / 18:22

Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olundu

24 Sentyabr, 26 / 18:08

Simonyan: Türkiyədən Ermənistana təhlükə görmürəm

24 Sentyabr, 26 / 17:54

Maşını cərimə meydançasına aparılan sürücülər bu qədər pul ödəyəcəklər

24 Sentyabr, 26 / 17:40

Azərbaycanın Ermənistandan aldığı məhsulla bağlı bilinməyən DETAL

24 Sentyabr, 26 / 17:27

Pezeşkian çıxışı edərkən Azərbaycan nümayəndə heyəti zalda çıxıb?

24 Sentyabr, 26 / 17:12

“Roblox” Azərbaycanda qadağan olunur? – DÖVLƏT KOMİTƏSİNDƏN AÇIQLAMA

24 Sentyabr, 26 / 16:57
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.