Son dəqiqə

Niderlanddan Ukrayna üçün hərbi addım: Qoşun göndərilə bilər

Dünya

Niderland hakimiyyəti Ukraynaya təhlükəsizlik təminatı çərçivəsində hərbi kontingent yerləşdirilməsi ehtimalını istisna etmir. Bu barədə ölkənin xarici işlər naziri David van Veyl açıqlama verib.

Cagdas.az-ın xəbərinə görə, nazir WNL telekanalına müsahibəsində Niderland hərbçilərinin Ukraynada mümkün missiyada iştirak edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən bildirib ki, bu məsələ yaxın həftələrdə müzakirə olunacaq.

David van Veyl vurğulayıb ki, Haaqa üçün əsas prioritet Ukrayna üçün “hərbi təhlükəsizlik təminatlarıdır”. Onun sözlərinə görə, söhbət əsasən hərbi tədbirlərdən gedir:

“Bu tədbirlərin necə həyata keçiriləcəyi, qoşunların harada yerləşdiriləcəyi və ayrı-ayrı ölkələrin bu prosesə hansı töhfəni verəcəyi ilə bağlı müzakirələr davam edir”, – deyə nazir qeyd edib./TASS/