Son dəqiqə
Dövlət qulluğuna qəbul və müsahibə qaydaları 5 aya hazırlanacaq Dövlət qulluqçusunun pedaqoji fəaliyyəti yeni qaydada tənzimlənəcək Bu tarixlərdə maqnit qasırğası olacaq – Xəbərdarlıq AZCON-un dövlət satınalmaları üzrə səlahiyyətləri rəsmiləşdirildi Küləkli havada işləyənlərə dair yeni qaydalar təsdiqləndi Prezident hüquqi şəxslərin elektron satınalma müqavilələrini təsdiq edib Yağışlardan sonra Bakıdakı qəbiristanlıqlar su altında qaldı – VİDEO 2027-ci il büdcəsi müzakirəyə çıxarıldı – Gəlirlər və xərclər Sərhədi uçuş aparatı ilə pozan İran vətəndaşı saxlanıldı – DSX-dən ƏMƏLİYYAT Bakıda güclü külək 68 ağaca ziyan vurub

Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq

Cəmiyyət

Oktyabrın 9-da maqnit qasırğası güclənib və qırmızı səviyyəyə – K-indeksi 5.7-yə çatıb. Buna Günəş plazma axınının Yerə hücum etməsi səbəb olub.

Cagdas.az  bildirir ki, bu barədə Meteoagent və Britaniya Geoloji Xidməti məlumat verib.

Birinci proqnoz intervalı ərzində oktyabrın 6-da baş verən koronal kütlə atılmasının (CME) Yer kürəsinə çatacağı gözlənilir. Bu, aktiv geomaqnit şəraitinə və G1 maqnit fırtınasına səbəb ola bilər. Bəzi yerlərdə hətta G2-yə qədər güclənə bilər.

Geomaqnit dalğalanmaları oktyabrın 10-da davam edəcək və 11-dətac dəliklərinin və günəş küləyinin təsiri səbəbindən fırtınanın yenidən 5 bal gücündə güclənəcəyi gözlənilir.

Meteoroloji vəziyyətə həssas olan insanlara fəaliyyətlərini azaltmaq tövsiyə olunur.

Alimlərin fikrincə, artan geomaqnit aktivliyi ikinci interval ərzində davam edə bilər, lakin tədricən daha sakit səviyyəyə qayıtmalıdır./lent.az