Son dəqiqə
Nazir polkovniki işdən çıxararaq təqaüdə göndərdi – FOTO Nazirlər Kabineti müəllimlər üçün geyim qaydalarını və tələbləri müəyyən edib Hörmüzdə daşıma xərcləri 5 dəfə artıb Naxçıvanda mədəniyyət nazirinin vəzifəsi Fazil Məmmədova həvalə edildi Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı Özəl sektorda iş saatları dəyişdirilə bilər – TƏKLİF Qara dənizdə həlak olan azərbaycanlı gəmi kapitanının FOTOSU 1870 tələbə pulsuz təhsil almaq hüququ qazandı Ali məktəblərdə dövlət sifarişli yerlər niyə boş qalır? – DİM sədri açıqladı İlham Əliyevdən kiçik ada dövlətlərinə dəstək mesajı
Reklam
Reklam

Özəl sektorda iş saatları dəyişdirilə bilər – TƏKLİF

Cəmiyyət

Bakıda nəqliyyat sıxlığının azaldılması və tıxacların qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər iş rejiminin dəyişdirilməsi məsələsini də gündəmə gətirib.

Dövlət qurumlarında pilot olaraq tətbiq edilən dəyişkən iş rejiminin özəl sektorda da tətbiqi müzakirə olunur.

Cagdas.az bildiriri k məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov Modern.az-a danışıb.

Deputat bildirib ki, dövlət qurumlarında olduğu kimi, özəl sektorda da dəyişkən iş rejiminin tətbiqi məqsədəuyğundur.

“Dövlət idarələrində iş saatlarının dəyişdirilməsi, təbii ki, cənab Prezident tərəfindən təsdiq olunmuş dövlət proqramına uyğun olaraq həyata keçirilir. Bu istiqamətdə qiymətləndirmələr davam etdirilir. Çünki mövcud dəyişkən iş rejimi pilot olaraq tətbiq olunub.

Özəl sektora gəldikdə isə dəyişkən iş rejiminin tətbiq edilməsi birbaşa həmin sektorun özünün qəbul edəcəyi qərardır. Təbii ki, dövlət bununla bağlı tövsiyələr də verə bilər. Ona görə də özəl sektorda da uyğun addımların atılması məqsədəuyğundur”, – deyə Vüqar Bayramov bildirib.

Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması məqsədilə dövlət qurumlarının iş vaxtlarının yenidən tənzimlənməsinin qısa müddətdə hansı nəticə verdiyi ilə bağlı nəqliyyat eksperti Yasin Mustafayev də fikirlərini bölüşüb.

Ekspertin sözlərinə görə, iş saatlarının dəyişdirilməsi tıxacların azalmasına ciddi təsir göstərir.

“İş vaxtının dəyişdirilməsi ciddi şəkildə tıxaca təsir göstərir. Hətta bu proses özəl sektorlarda və təhsil müəssisələrində də həyata keçirilməlidir.

Mən bunu öz həyatımda da görürəm. Fəaliyyət göstərdiyim şirkətdə işçilər yeni iş saatı qrafiki ilə işə gəlirlər və əvvəlki qədər tıxac problemi yaşamırlar. Əlbəttə, tıxaca düşdüyümüz günlər də olur. Lakin bu, digər vaxtlarla müqayisədə tez-tez təkrarlanmır.

Bu qərarın iş mühitinə və psixoloji vəziyyətə də təsiri böyükdür. Tıxacda qalan zaman işçilər gərgin olur və bu, onların fəaliyyətinə mənfi təsir göstərir. Yeni iş rejimi sayəsində isə tıxac problemi azalır və işçilər yolda sərf etdikləri vaxta qənaət edirlər”, – deyə Yasin Mustafayev qeyd edib.