• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9329
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Özbəkistan Zəngəzur dəhlizinə investisiya yatıracaq

25 Sentyabr, 26 / 13:57
A A

Qlobal tədarük zəncirində yaşanan çətinliklər mühüm ticarət marşrutlarında vaxt itkisini iki dəfə artırıb. Əvvəllər Özbəkistandan yüklərin beynəlxalq bazarlara çatdırılması 10 gün çəkirdisə, hazırda bu müddət ən azı 20 gün təşkil edir.

Cagdas.az  xəbər verir ki, bu barədə Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət naziri Laziz Kudratov İkinci Beynəlxalq Sənaye Forumunda çıxışı zamanı bildirib.

Nazir vurğulayıb ki, mövcud nəqliyyat və logistika problemlərinin həlli üçün tərəfdaş ölkələrlə, xüsusilə Azərbaycanla sıx əməkdaşlıq həyata keçirilir:

“Biz nəqliyyat dəhlizlərimizi şaxələndiririk və bizim üçün en cəlbedici marşrutlardan biri Orta Dəhlizdir. Son 2–3 il ərzində Azərbaycan üzərindən yükdaşımaların həcmini iki dəfə artırmışıq. Cari ildə də 30% civarında artım dinamikası davam edir. Hazırda Xəzər dənizi üzərindən daşınma güclərini artırmaq, bərə reyslərini genişləndirmək və Zəngəzur dəhlizinin Azərbaycan hissəsinə (Naxçıvan vasitəsilə) investisiya yatırmaq istiqamətində işlər aparırıq. Özbəkistan Orta Dəhlizin inkişafına sərmayə qoymaqda qərarlıdır”.

L.Kudratov regional ticarət dövriyyəsinin artırılması və qarşılıqlı sərmayə qoyuluşlarının əhəmiyyətinə də toxunub. Onun sözlərinə görə, Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında ticarət həcmi artıq 13 milyard dollara çatıb, 2030-cu ilə qədər isə bu göstəricinin 20 milyard dollara çatdırılması hədəflənir:

“Söhbət təkcə ticarətdən getmir, biz sənaye tərəfdaşlığı və birgə investisiyalardan bəhs edirik. Özbəkistan Azərbaycanda tekstil və avtomobil sənayesinə investisiya yatırıb. Azərbaycan da öz növbəsində Özbəkistanda dağ-mədən, daşınmaz əmlak və energetika sahələrinə sərmayə ayırır. Region nə qədər inteqrasiya olunmuş və vahid siyasətə malik olarsa, investisiya cəlbediciliyimiz bir o qədər yüksək olacaq”.

Çıxışında enerji təhlükəsizliyi məsələlərinə də toxunan nazir qeyd edib ki, Özbəkistan 2030-cu ilə qədər enerjinin ümumi balansında bərpa olunan mənbələrin payını 40%-ə çatdırmağı planlaşdırır. Mərkəzi Asiyanın ucuz günəş və külək enerjisi potensialına malik olduğunu vurğulayan L.Kudratov, bu elektrik enerjisinin Azərbaycan üzərindən Avropaya nəqli üçün birgə layihələrin işlənib hazırlandığını diqqətə çatdırıb:

“Biz Azərbaycanla birgə Mərkəzi Asiyanın ucuz və ‘yaşıl’ enerjisini Avropaya çatdıracaq möhkəm layihə və proqramlar üzərində sürətlə irəliləyirik. Məqsədimiz Mərkəzi Asiya və Cənubi Qafqazı beynəlxalq investorlar üçün vahid və cəlbedici investisiya məkanına çevirməkdir”.

Bənzər Xəbərlər

Cəmiyyət

Pakistan və Azərbaycan ticarət yollarını genişləndirir

Sentyabr 25, 2026
Cəmiyyət

İlham Əliyev “Neuberger Berman”ın rəhbərliyini qəbul edib

Sentyabr 25, 2026
Cəmiyyət

İlham Əliyevlə tərəfdaşlığımızla fəxr edirik – Valerio De Molli

Sentyabr 25, 2026
Cəmiyyət

Üç qardaş ölkənin hərbçiləri birgə təlimdə – şərti düşmən texnikası məhv edildi

Sentyabr 25, 2026
Cəmiyyət

Dövlət qulluğuna qəbulda müsahibə iki mərhələdən ibarət olacaq

Sentyabr 25, 2026
Cəmiyyət

Azərbaycanda 6 qanun ləğv edilir

Sentyabr 25, 2026

XƏBƏR LENTİ

Pakistan və Azərbaycan ticarət yollarını genişləndirir

25 Sentyabr, 26 / 14:09

Özbəkistan Zəngəzur dəhlizinə investisiya yatıracaq

25 Sentyabr, 26 / 13:57

İlham Əliyev “Neuberger Berman”ın rəhbərliyini qəbul edib

25 Sentyabr, 26 / 13:45

İlham Əliyevlə tərəfdaşlığımızla fəxr edirik – Valerio De Molli

25 Sentyabr, 26 / 13:31

Üç qardaş ölkənin hərbçiləri birgə təlimdə – şərti düşmən texnikası məhv edildi

25 Sentyabr, 26 / 13:17

Dövlət qulluğuna qəbulda müsahibə iki mərhələdən ibarət olacaq

25 Sentyabr, 26 / 13:03

Azərbaycanda 6 qanun ləğv edilir

25 Sentyabr, 26 / 12:50

Kəlbəcərdə 143 ton qızıl ehtiyatı var – Deputat

25 Sentyabr, 26 / 12:37

DİM 600-dən çox bal toplayanlara müraciət etdi

25 Sentyabr, 26 / 12:24

Bakı-Sumqayıt yoluna yeni avtobus zolağı çəkilir

25 Sentyabr, 26 / 12:10
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.