• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
12.8° Weather Columbus
$
1.7
€
1.9814
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Dünya

Paşinyan Azərbaycanın adını çəkdi, Rusiyaya çağırış etdi: 3 ölkəyə satıla bilər

25 Avqust, 26 / 14:37
A A

Ermənistan regional nəqliyyat əlaqələrinin genişləndirilməsi istiqamətində yeni imkanlar əldə etməyə çalışır. Belə ki, Baş nazir Nikol Paşinyan TRIPP layihəsinin Ermənistanı Azərbaycan vasitəsilə Rusiya və Mərkəzi Asiya ilə birləşdirəcəyini, həmçinin İranla dəmir yolu əlaqəsinin yaradılacağını bildirib. O, bunu ölkə üçün tarixi fürsət adlandırıb.

Nikol Paşinyan Ermənistan dəmir yollarının Rusiyanın nəzarətində olmasının bu imkandan yararlanmağa problem yaratdığını söyləyərək, konsessiya hüququnun İrəvan və Moskva üçün məqbul olan üçüncü ölkəyə satılmasını təklif edib.

Üçüncü ölkə dedikdə hansı dövlət nəzərdə tutulur? Moskva buna razı olacaqmı?

Çağdaş.Az bildirir ki, mövzu ilə bağlı, Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Zəngəzur dəhlizinin açılması Ermənistanın dünya ilə əlaqələrinin ciddi şəkildə genişlənməsi demək olacaq:

“Belə bir xətt açılarsa, Ermənistan dəmir yolu vasitəsilə birbaşa Rusiya, Mərkəzi Asiya, İran və onun üzərindən Körfəz ölkələrinə çıxış əldə edə bilər. Bu isə Ermənistan iqtisadiyyatı üçün kifayət qədər ciddi dividendlər deməkdir. Hazırda İrəvanla Moskva arasında, xüsusilə Ermənistan dəmir yolları ilə bağlı müəyyən məsələlər var. Ermənistan tərəfi dəmir yollarının konsessiyasının Rusiyadan geri alınmasında maraqlı olduğunu müəyyən formada nümayiş etdirir və bunu artıq gizlətmir. Doğrudur, bunu birbaşa açıq şəkildə ifadə etmirlər, daha çox dolayı yollarla mesaj verməyə çalışırlar. Hətta bir müddət əvvəl Paşinyan Rusiya dəmir yolları ilə bağlı bildirdi ki, əgər şirkət Ermənistan dəmir yollarında konsessiya sahibidirsə, o zaman üç istiqamətdə dəmir yollarının bərpasında iştirak etməlidir. Bunlardan birincisi İcevan-Qazax, ikincisi Axurik-Qars, üçüncüsü isə Arazdəyən-Sədərək istiqamətində dəmir yollarının bərpası məsələsidir. Təbii ki, Rusiya tərəfi buna müsbət yanaşmadı. Bu da Paşinyan hökumətinə müəyyən əsaslar verdi. Beləliklə, Paşinyan daha rahat şəkildə deyə bilir ki, Rusiya tərəfi Ermənistan dəmir yollarının inkişafında, təkmilləşdirilməsində və modernləşdirilməsində ya kifayət qədər maraqlı deyil, ya da bunun üçün imkanları çatmır”.

oqtay qasimov 5
Oqtay Qasımov

Politoloq bildirib ki, dəmir yollarının başqa bir ölkənin nəzarətinə verilməsi daha doğru ola bilər:

“Bununla bağlı Ermənistan tərəfindən hətta müəyyən dövlətlərin də adları çəkilib. Bu ölkələr arasında Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və Qətərin adını qeyd edə bilərik. Paşinyan faktiki olaraq bununla Rusiyanın Ermənistandakı təsir imkanlarını azaltmağa çalışır. Çünki Ermənistanda Rusiyanın təsir mexanizmlərindən biri də strateji sahələrdəki mövcudluğudur. Enerji sektoru, mədənçilik və dəmir yolları Rusiyanın nəzarətində olan və strateji əhəmiyyət daşıyan sahələrdir. Bu baxımdan Paşinyan müxtəlif manevrlərlə bu məsələni həll etməyə çalışır.

Rusiyanın buna razı olub-olmayacağını demək çətindir. Hazırda Kremldən verilən açıqlamalar Moskvanın məsələyə heç də müsbət yanaşmadığını göstərir. Amma şərtlər dəyişdiyi təqdirdə və Ermənistan tərəfindən Rusiyaya məsələ ilə bağlı təzyiqlər artacağı halda, bununla bağlı hansısa razılaşmanın və ya danışıqların baş tutması mümkündür”.

Onun sözlərinə görə, Ermənistan hələlik dəmir yolu məsələsindən Rusiyaya qarşı müəyyən təzyiq vasitəsi kimi istifadə etməyə çalışır:

“Çünki Paşinyan da yaxşı başa düşür ki, Rusiyanın Ermənistana qarşı təzyiq və təsir imkanları kifayət qədər çoxdur. Xüsusilə qarşıdan gələn soyuq mövsümdə Ermənistanın təbii qaza tələbatı kəskin artacaq və Rusiya həmin dövrdə qiymətləri artıra bilər. Düşünürəm ki, dəmir yollarının konsessiyası məsələsinin gündəmə gətirilməsi həm də bununla bağlıdır. Paşinyan bu məsələ üzərindən müəyyən manevrlər edərək Rusiya ilə bir növ bazarlıq aparmağa və özünə əlavə manevr imkanları yaratmağa çalışır”.

Bənzər Xəbərlər

Dünya

ABŞ-a məxsus hərbi nəqliyyat təyyarəsi Moskvaya enib

Avqust 25, 2026
Dünya

SSRİ agentinin nəvəsi Fransa prezidentliyinə gedir – ailənin arxivi açıldı

Avqust 25, 2026
Dünya

Köçəryan və 2 oğlu saxlanıldı – YENİLƏNİB

Avqust 25, 2026
Dünya

Türkiyə iqtisadiyyatından rekord nəticə: İyul ixracı zirvəyə yüksəldi

Avqust 25, 2026
Dünya

Bu şəhərdə 1 avroya evlər satılır - FOTOLAR

Avqust 25, 2026
Dünya

Robert Köçəryan saxlanıldı - VİDEO

Avqust 25, 2026

XƏBƏR LENTİ

SƏNƏDSİZ EVLƏRİN SƏNƏDLƏŞDİRİLMƏSİ ÜÇÜN ŞƏRTLƏR - Kimlərə çıxarış veriləcək?

25 Avqust, 26 / 15:06

ABŞ-a məxsus hərbi nəqliyyat təyyarəsi Moskvaya enib

25 Avqust, 26 / 14:56

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olundu

25 Avqust, 26 / 14:51

Paşinyan Azərbaycanın adını çəkdi, Rusiyaya çağırış etdi: 3 ölkəyə satıla bilər

25 Avqust, 26 / 14:37

Faizlə borc verən şəxslər bilməlidir ki... - Ali Məhkəmədən sələmçilərə çağırış

25 Avqust, 26 / 14:22

Bakıda 700 manatdan başlayır, 3 bölgədə daha ucuzdur – Ərazilər açıqlandı

25 Avqust, 26 / 14:07

Ağdamda iş adamları həbs edildi

25 Avqust, 26 / 13:52

SSRİ agentinin nəvəsi Fransa prezidentliyinə gedir – ailənin arxivi açıldı

25 Avqust, 26 / 13:39

Köçəryan və 2 oğlu saxlanıldı – YENİLƏNİB

25 Avqust, 26 / 13:24

Ali məktəblərə qəbul olanların nəzərinə - Son tarix AÇIQLANDI

25 Avqust, 26 / 13:09
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.