Son dəqiqə
Reklam
Reklam

Paşinyan: Ermənistan və Azərbaycanın enerji sistemləri TRIPP çərçivəsində birləşdiriləcək

Dünya

Ermənistan və Azərbaycanın enerji sistemləri “Tramp Marşrutu” (TRIPP) layihəsi çərçivəsində birləşdiriləcək və bərabər şərtlərlə ixrac-idxal əməliyyatları üçün mümkün şəraitdən qarşılıqlı fayda əldə edəcək.

Cagdas.az-ın məlumatına görə, “Report.az” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

O, Ermənistanın artıq qarşılıqlı faydanın bir hissəsini əldə etdiyini, benzinin 20 % ucuzlaşdığını söyləyib.

“Ermənistana buğda idxal edirlər, bu qarşılıqlı fayda deyilmi? Hazırda Azərbaycanda bunu izləyirlər, amma Ermənistan parlamentində kimsə qarşılıqlı faydanın bir hissəsinin artıq əldə edildiyini görəcəkmi”, – o qeyd edib.

Paşinyan qeyd edib ki, Ermənistanla Azərbaycan arasında hərbi eskalasiya praktiki qeyri-mümkün hesab olunur.

“Bu gün, 21 yanvar 2026-cı il tarixinə olan vəziyyətə görə, Ermənistan-Azərbaycan sərhədi boyunca tam sülh hökm sürür”, – o, Ermənistanın Xarici Kəşfiyyat Xidmətinə istinadla bildirib.