Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkilərindən sonra ilk açıqlamasında hakim “Vətəndaş Müqaviləsi” Partiyasının parlament çoxluğunu formalaşdıracağını və yeni hökuməti quracağını deyib.
Cagdas.az xəbər verir ki, Paşinyan bu barədə parlamentdə büdcənin icrasının müzakirəsi zamanı çıxışı zamanı danışıb.
Baş nazir bildirib ki, hakim siyasi qüvvə parlamentdə çoxluq əldə edəcək və hökuməti formalaşdıracaq.
“Yaxın aylarda bu məsələni müzakirə etmək imkanımız olacaq”, – deyə Paşinyan qeyd edib.
Qeyd edək ki, bu açıqlama Ermənistanda keçirilən parlament seçkilərindən sonra Paşinyanın ilk siyasi mesajlarından biri hesab olunur.(modern.az)
















