Azərbaycanda ötən ay pensiya, aylıq müavinət və Prezident təqaüdü alanların sayı açıqlanıb.
Cagdas.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Bildirilib ki, 2026-cı ilin iyun ayı ərzində əlilliyə görə 244 839 nəfər şəxs pensiya, 223 862 nəfər şəxs aylıq müavinət, 92 204 nəfər şəxs isə Prezident təqaüdü alıb.(Ölkə.az )
















