• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
17.8° Weather Columbus
$
1.7
€
1.9741
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Pensiya yaşına çatmış həkimlərlə bağlı qərar hazırlanır

17 İyun, 26 / 15:13
A A

Regionlarda çalışan həkimlərə 65 yaşdan sonra da işləməyə icazə verilə bilər.

Regionlarda həkim çatışmazlığının aradan qaldırılması istiqamətində yeni addımlar atılması planlaşdırılır. Müzakirə olunan təkliflərə əsasən, həm rezidentura tələblərinin müəyyən ixtisaslar üzrə yumşaldılması, həm də pensiya yaşına çatan həkimlərin fəaliyyətini davam etdirməsinə imkan yaradılması nəzərdən keçirilir.

Cagdas.az  xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.

O bildirib ki, bu məsələ ilə bağlı indiyədək geniş müzakirələr aparılıb və aidiyyəti qurumlarla birgə müxtəlif formatlarda görüşlər keçirilib. Onun sözlərinə görə, artıq bu istiqamətdə atılan addımlar yaxın zamanda nəticə verəcək.

Əhliman Əmiraslanov qeyd edib ki, bir sıra ixtisaslar üzrə tibb universitetini bitirən həkimlər rezidentura keçmədən Həkimləri Təkmilləşdirmə İnstitutunda müəyyən müddət ixtisasartırma təhsili aldıqdan sonra regionlarda fəaliyyət göstərə biləcəklər:

“Beləliklə, bir neçə ixtisas üzrə həkimlərimizi periferiyaya, regionlara göndərə biləcəyik ki, orada mövcud boşluqları doldursunlar”.

Komitə sədri bildirib ki, regionlarda həkim çatışmazlığını aradan qaldırmağa mane olan əsas məsələlərdən biri də 65 yaşına çatmış mütəxəssislərin tibbi fəaliyyətdən uzaqlaşdırılmasıdır. Onun sözlərinə görə, bu məsələ də hazırda nəzərdən keçirilir.

“Regionlarda bu həkimlərin daha uzun müddət, hətta 65 yaşdan sonra da fəaliyyət göstərməsinə icazə veriləcək və bu istiqamətdə ciddi iş aparılır. Biz həm Səhiyyə Nazirliyi, həm TƏBİB, həm də bu mütəxəssisləri hazırlayan ali təhsil müəssisələri ilə daim əlaqədəyik”, – deyə Əmiraslanov vurğulayıb.

O əlavə edib ki, Azərbaycanda ümumilikdə həkim çatışmazlığı yoxdur. Problem daha çox kadrların bölgüsü ilə bağlıdır.

“100 min əhaliyə düşən həkimlərin sayına görə ölkəmizdə həkim qıtlığı yoxdur. Ancaq təəssüf ki, onların böyük əksəriyyəti iri şəhərlərdə cəmləşib. Regionlarda isə bir çox ixtisaslar üzrə ciddi vakansiyalar mövcuddur. Bu səbəbdən görülən tədbirləri sürətləndirməliyik”, – komitə sədri qeyd edib.

Bənzər Xəbərlər

Cəmiyyət

Azərbaycanda kraudfandinq fəaliyyəti tənzimlənəcək

İyun 17, 2026
Cəmiyyət

Bölgələrdə ilkin tibbi yardım səviyyəsi çox aşağıdır – ETİRAZ

İyun 17, 2026
Cəmiyyət

Nabran yolu nə vaxt açılacaq? – FOTO

İyun 17, 2026
Cəmiyyət

“İdrak” liseyində müəllimi güllələyən yeniyetmə ilə bağlı QƏRAR VERİLDİ

İyun 17, 2026
Cəmiyyət

Prezident sərəncam imzaladı

İyun 17, 2026
Cəmiyyət

Psixiatriya ilə bağlı elektron kart tətbiq olunacaq

İyun 17, 2026

XƏBƏR LENTİ

Azərbaycanda kraudfandinq fəaliyyəti tənzimlənəcək

17 İyun, 26 / 16:34

Bölgələrdə ilkin tibbi yardım səviyyəsi çox aşağıdır – ETİRAZ

17 İyun, 26 / 16:19

Tramp Ukraynaya dəstək müqabilində Avropaya şərt qoydu

17 İyun, 26 / 16:07

Nabran yolu nə vaxt açılacaq? – FOTO

17 İyun, 26 / 15:53

“İdrak” liseyində müəllimi güllələyən yeniyetmə ilə bağlı QƏRAR VERİLDİ

17 İyun, 26 / 15:40

Prezident sərəncam imzaladı

17 İyun, 26 / 15:27

Pensiya yaşına çatmış həkimlərlə bağlı qərar hazırlanır

17 İyun, 26 / 15:13

Psixiatriya ilə bağlı elektron kart tətbiq olunacaq

17 İyun, 26 / 14:58

Bu şəxslərin razılığı olmadan belə psixi müayinəyə göndəriləcək

17 İyun, 26 / 14:44

Bu şəxslər təcrid vəziyyətində müalicə olunacaq

17 İyun, 26 / 14:30
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.