Son dəqiqə
Reklam
Reklam

Pensiyaların şəhər və rayonlar üzrə fərqi – Ən yüksək və ən aşağı məbləğlər

Cəmiyyət

2026-cı il iyul ayının 1-i vəziyyətinə Azərbaycanda pensiyaçıların ümumi sayı 1 099 979 nəfər təşkil edib. Ölkə üzrə təyin olunmuş pensiyaların orta aylıq məbləği isə 594,40 manata yüksəlib.

Cagdas.az bu barədə Dövlət Statistika Komitəsinin Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

Ən yüksək orta pensiya Bakı şəhərindədir

Dövlət Statistika Komitəsindən sorğumuza verilən cavabda qeyd edilib ki, regionlar arasında ən yüksək orta aylıq pensiya məbləği Bakı şəhərində qeydə alınıb. Paytaxtda 397 067 pensiyaçı var və onların orta aylıq pensiya məbləği 817,65 manat təşkil edir. Naxçıvan İqtisadi Rayonu 554 manat orta pensiya (47 241 pensiyaçı) ilə ikinci pillədə qərarlaşıb.

İqtisadi rayonlar və şəhərlər üzrə göstəricilər

Digər iqtisadi rayonlar üzrə pensiyaçıların sayı və təyin olunmuş orta aylıq pensiya məbləğləri aşağıdakı kimidir:

Abşeron-Xızı iqtisadi rayonu: 55 269 nəfər (orta pensiya – 489,75 manat)

Sumqayıt şəhərində 36 186 nəfər (493,80 manat), Abşeron rayonunda 17 771 nəfər (484,81 manat), Xızı rayonunda isə 1 312 nəfər (445,00 manat) pensiyaçı qeydə alınıb.

Gəncə-Daşkəsən iqtisadi rayonu: 58 660 nəfər (orta pensiya — 472,00 manat)

Ən yüksek gösterici Gəncə şəhərindədir (32 315 pensiyaçı, 483,31 manat). Naftalan şəhərində orta pensiya 463,11 manat, Daşkəsəndə 462,41 manat, Göygöldə 460,47 manat, Samuxda 456,98 manat, Goranboyda isə 454,89 manatdır.

Qazax-Tovuz iqtisadi rayonu:63 951 nəfər (orta pensiya — 462,87 manat)

Regionda ən böyük pensiyaçı kontingenti Şəmkir (18 010 nəfər, 465,61 manat) və Tovuz (16 470 nəfər, 460,64 manat) rayonlarındadır. Qazax rayonunda orta pensiya 466,53 manat, Gədəbəydə 461,01 manat, Ağstafada isə 459,32 manat təşkil edir.

Quba-Xaçmaz iqtisadi rayonu:47 414 nəfər (orta pensiya — 461,84 manat)

Bu regionda ən yüksək orta pensiya Siyəzən rayonunda (489,33 manat), ən böyük pensiyaçı sayı isə Xaçmaz rayonundadır (15 126 nəfər, 460,22 manat). Şabran rayonunda orta pensiya 466,96 manat, Qubada 458,80 manat, Qusarda isə 454,65 manatdır.

Dağlıq Şirvan iqtisadi rayonu:30 383 nəfər (orta pensiya — 458,86 manat)

Qobustan rayonunda orta pensiya 461,68 manat, Ağsuda 459,88 manat, Şamaxıda 459,29 manat, İsmayıllıda isə 456,65 manatdır.

Qarabağ iqtisadi rayonu:62 954 nəfər (orta pensiya — 457,23 manat)

Regionda ən yüksək orta aylıq pensiya Şuşa rayonundadır (3 157 pensiyaçı, 491,13 manat). Bərdə rayonunda 15 323 pensiyaçı (456,20 manat), Ağdamda 13 001 nəfər (447,43 manat), Ağcabədidə 12 792 nəfər (460,32 manat), Füzulidə 9 055 nəfər (457,27 manat), Tərtərdə 7 575 nəfər (460,45 manat), Xocalıda 1 155 nəfər (438,27 manat), Xocavənddə isə 896 nəfər (449,93 manat) pensiyaçı qeydə alınıb.

Xankəndi şəhəri üzrə göstəricilər məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı rayonların göstəricilərinə daxil edilib.