Son dəqiqə
Polisdən Bakı və Gəncədə əməliyyat: Xaricdən idarə olunan şəbəkə ifşa edildi – VİDEO “Fənərbağça”nın nümayəndələri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər TƏCİLİ: Quba-Xınalıq yolunda təhlükəli vəziyyət: 8 dağ kəndi ilə əlaqə kəsildi Bu şəxslərə içki içmək QƏTİ OLMAZ – Ölümlə nəticələnir Maaş və pensiyalar hansı qaydada qaldırılacaq? – AÇIQLAMA  30 min manatdan başlayır – Paytaxtın ən ucuz mənzilləri bu ərazidədir İrəvan bazarına yeni məhsullar gedir – Azərbaycanın yeni ixrac planı Bakının bu yolu birdəfəlik BAĞLANIR Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsi və müasir Azərbaycan Prezident: “Koreya ilə münasibətlərimizin daim genişlənməsinə böyük əhəmiyyət veririk”
Reklam
Reklam

Odlar Yurdu Universiteti maliyyə vəziyyətini açıqlayıb

Cəmiyyət

Odlar Yurdu Universiteti 2025-ci ili 7,573 milyon manat xalis mənfəətlə başa vurub.

Cagdas.az  Universitetin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 41,8 % çoxdur.

Ötən il Odlar Yurdu Universitetinin vergiyəqədərki mənfəəti 8,321 milyon manat (əvvəlki ilə nisbətən 54,4 % çox), mənfəət vergisi ödəmələri isə 748 min manat (13,4 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə Odlar Yurdu Universitetinin aktivləri 12,475 milyon manat olub ki, bu da illik müqayisədə 20,1 % çoxdur. Hesabat dövründə Universitetin öhdəlikləri 26 % artaraq 2,682 milyon manata, balans kapitalı isə 18,6 % artaraq 9,793 milyon manata çatıb.

Xatırladaq ki, Odlar Yurdu Universiteti 1996-cı ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Universitetin rektoru Əhməd Vəliyevdir. O, vaxtilə Milli Məclisin deputatı olub.\modern.az\