Son dəqiqə
Məktəbdə 14 şagirdin zəhərlənməsinin SƏBƏBİ BİLİNDİ Kəmaləddin Heydərov mühüm əmrlər İMZALADI: FHN-də nə dəyişdi? İnsanların əsl üzünü tez görən 4 bürc Mərkəzi Banka yeni baş direktor təyin edildi – FOTO Azərbaycan sülh sazişini erməni xalqı ilə də bağlamaq istəyir Azərbaycana milyonluq qaçaqmalçılığın qarşısı alındı – VİDEO Bakıda Azərbaycan-Türkiyə birgə oxu proqramı keçiriləcək Ermənistan Zəngəzur dəhlizinin təməlqoyma vaxtını AÇIQLADI Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
Reklam
Reklam

Bakıda Azərbaycan-Türkiyə birgə oxu proqramı keçiriləcək

Cəmiyyət

Oktyabrın 5-də Bakıda Azərbaycan və Türkiyənin ortaq mədəni və ədəbi irsinin təbliğinə həsr olunan “Dildə, fikirdə, işdə birlik: Azərbaycan-Türkiyə Birgə Oxu Proqramı” çərçivəsində tədbir keçiriləcək.

Çağdaş.Az xəbər verir ki, Anadolu Məktəbi tərəfindən təşkil olunan proqram 5 oktyabr 2026-cı il tarixində saat 10:00-da Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin Gənclik kampusunda baş tutacaq.

Tədbirdə Azərbaycan və Türkiyədən şagirdlər, tələbələr, müəllimlər və elm adamlarının iştirakı nəzərdə tutulur. Proqram çərçivəsində iki ölkənin ədəbiyyat nümunələri əsasında müzakirələr aparılacaq, iştirakçıların hazırladığı mətnlər təqdim olunacaq və fikir mübadiləsi keçiriləcək.

Tədbir zamanı Azərbaycan və Türkiyə ədəbiyyatına həsr olunmuş panellərin təşkili, oxunan əsərlərdə əks olunan ortaq dəyərlər, tarix şüuru və mədəni yaddaş mövzularının müzakirəsi planlaşdırılır.

Qeyd edək ki, “Dildə, fikirdə, işdə birlik” proqramının ilk mərhələsi 2025-ci ilin oktyabrında başlayıb və 2026-cı ilin aprelində başa çatıb. Layihə çərçivəsində Türkiyədən 90 orta məktəb şagirdi və 25 universitet tələbəsi, Azərbaycandan isə 37 şagird və tələbə iştirak edib.

Proqram müddətində Türkiyədəki iştirakçılar Anar, Bəxtiyar Vahabzadə, Elçin Əfəndiyev, Cəlil Məmmədquluzadə və Yusif Vəzir Çəmənzəminlinin əsərləri ilə tanış olub. Azərbaycandakı iştirakçılar isə Yunus Əmrə, Mövlana, Mehmet Akif Ersoy, Sezai Karakoç, Mustafa Kutlu, Cengiz Dağcı və Ahmet Hamdi Tanpınarın seçilmiş əsərlərini oxuyublar.

Layihənin əsas məqsədi gənclər arasında mütaliə mədəniyyətini təşviq etməklə yanaşı, Azərbaycan və Türkiyə arasında ədəbi və mədəni əlaqələrin daha da inkişaf etdirilməsidir.

Tədbir Türkiyənin Xaricdəki Türklər və Qohum İcmalar Baş İdarəsi (YTB), Milli Təhsil Nazirliyi, Türkiyə Maarif Vəqfi və Yunus Əmrə İnstitutunun dəstəyi ilə keçirilir.