Son dəqiqə
Avtomobilinin üzərinə ağac aşdı, ciddi ziyan dəydi – Dövlət qurumları vətəndaşın müraciətinə niyə baxmır? Hərbçilərin həyat yoldaşlarına 400 manat veriləcək Azərbaycanda dövlət bu şəxslərə ev verəcək Bu şəxslərə birdəfəlik yardım edilsin – TƏKLİF Qış dekabrın 22-də başlayır: Bakıda gecə 14 saatdan uzun olacaq Din xadimlərinə yeni məhdudiyyət qoyulub? – Şuradan açıqlama Bayden memuar yazıb: Putin, Zelenski və Trampdan bəhs edib – Maraqlı ETİRAFLAR “29 mindən çox sakinin yaşadığı massivdə məktəb yoxdur” Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır?

Piyada və sürücülərə daha bir müraciət

Cəmiyyət

Avtomobil yollarında piyadaların vurulması hadisələri piyada keçidlərini əhəmiyyətsiz bilib yolun hərəkət hissəsindən keçməyin həyat üçün nə qədər təhlükəli olduğunu bir daha göstərir. Belə hadisələrin baş verməməsi, gedəcəyiniz ünvana rahat və təhlükəsiz şəkildə çatmaq üçün keçidlərdən istifadə etməlisiniz.

Cagdas.az  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) piyadalara və sürücülərə müraciətində əks olunub.

“Sürücülərə isə bildiririk ki, diqqətiniz yolda və sürət həddində olsun. Belə olduqda, xüsusilə də çoxzolaqlı yollarda qaydalara əməl etməyib yolun hərəkət hissəsindən keçməyə çalışan piyadaları gördüyünüz anda, qəzaların baş verməməsi üçün vaxtında təhlükəsizlik tədbirləri görə biləcəksiniz”, – deyə müraciətdə qeyd olunub.