• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
22.5° Weather Columbus
$
1.7
€
1.9696
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə İqtisadiyyat

Prezidentin Naxçıvanla bağlı STRATEJİ HƏDƏFİ: Zəngəzur dəhlizi ilə bağlı MÜHÜM XƏBƏR açıqlandı -VİDEO

17 Avqust, 26 / 11:24
A A

Naxçıvanın yeni inkişaf mərhələsinin mühüm bazası formalaşdırılır.

“Göründüyü kimi, bir tərəfdən Zəngəzur dəhlizinin açılması istiqamətində aktiv iş aparılır, digər tərəfdən isə Naxçıvanın sənaye parkının tam fəaliyyətə başlaması üçün konkret addımlar atılır. Bu, heç də təsadüfi deyil. Bu addımlar regionun gələcəyi ilə bağlı dəqiq düşünülmüş və hesablanmış strategiyanın tərkib hissəsidir”.

Bunu AzTV-də yayımlanan “Həftə” analitik informasiya verilişinin müəllifi və aparıcısı Rövşən Məmmədov bildirib.

O qeyd edib ki, nəqliyyat kommunikasiyalarının açılması ilə Naxçıvan Sənaye Parkının tam fəaliyyətə başlamasının eyni dövrə təsadüf etməsi muxtar respublikanın iqtisadi və geosiyasi imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə bilər:

“Belə bir şəraitdə Naxçıvan dünyaya daha geniş şəkildə açılacaq, bölgənin siyasi, iqtisadi və sosial həyatında yeni mərhələ başlayacaq. Prezident İlham Əliyevin atdığı addımlar və budəfəki səfərin əsas məqsədi də məhz belə bir gələcəyin mühüm bazasını formalaşdırmağa hesablanıb”.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Naxçıvanın gələcəyi ilə bağlı hədəfləri diqqətə çatdırması muxtar respublikanın geosiyasi və geoiqtisadi əhəmiyyətini artıracaq yeni addımların qarşıda olduğuna dair mühüm mesajdır.

O vurğulayıb ki, həyata keçirilən tədbirlərin ümumi mənzərəsi Naxçıvanın uzun illər “blokada” anlayışı ilə əlaqələndirilən imicinin dəyişdirilməsinə hesablanıb:

“Naxçıvan artıq blokadada qalan region kimi deyil, əlverişli logistik imkanlara, güclü sənaye potensialına və artan enerji ixracı imkanlarına malik bir bölgə kimi regional və qlobal arenada tanınacaq. Hədəf məhz budur”.

Rövşən Məmmədov bildirib ki, əsas istiqamətlərdən biri də Naxçıvanın yalnız gələcək potensialının deyil, hazırkı imkanlarının da dünyaya tanıdılmasıdır. Bu baxımdan, regionun zəngin tarixi-mədəni irsinin qorunması, tarixi abidələrin bərpası və konservasiyası xüsusi əhəmiyyət daşıyır.

O qeyd edib ki, qədim Atabəylər dövlətinin paytaxtı olmuş Naxçıvan zəngin memarlıq irsinə malikdir. Möminə Xatun türbəsinin bərpası ilə bağlı görülən işlərin Prezident İlham Əliyevə təqdim olunması, görkəmli memar Əcəmi Naxçıvaniyə həsr olunmuş abidə ilə tanışlıq, eləcə də digər tarixi-mədəni obyektlərin konservasiyası və yenidən qurulması bu istiqamətdə həyata keçirilən mühüm tədbirlər sırasındadır.

Onun sözlərinə görə, bütün bu addımlar Naxçıvanın həm iqtisadi və logistika imkanlarının, həm də zəngin tarixi-mədəni irsinin daha geniş şəkildə tanıdılmasına və muxtar respublikanın yeni inkişaf mərhələsinə hazırlanmasına xidmət edir.

Bənzər Xəbərlər

İqtisadiyyat

Azərbaycan bu sahədə Rusiyanı GERİDƏ QOYDU

Avqust 16, 2026
İqtisadiyyat

Qızıl-gümüş ucuzlaşdı

Avqust 14, 2026
İqtisadiyyat

Avro bahalaşdı, rubl ucuzlaşdı

Avqust 14, 2026
İqtisadiyyat

Neft bahalaşdı

Avqust 14, 2026
İqtisadiyyat

Apteklərdə qiymətlər artdı, dövriyyədə rekord HƏDD: Nə baş verir?

Avqust 13, 2026
İqtisadiyyat

Əlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir?

Avqust 13, 2026

XƏBƏR LENTİ

Balakəndə əməliyyat keçirildi: saxlanılan var

 

17 Avqust, 26 / 12:09

Yeni təmayül modelində müəllimlərin müsahibəsi davam edir – FOTO

17 Avqust, 26 / 11:54

Zakir Həsənovla Elçin Quliyev generalın dəfnində - FOTOLAR

17 Avqust, 26 / 11:39

Prezidentin Naxçıvanla bağlı STRATEJİ HƏDƏFİ: Zəngəzur dəhlizi ilə bağlı MÜHÜM XƏBƏR açıqlandı -VİDEO

17 Avqust, 26 / 11:24

Maşın bazarlarında durğunluq yaşanır

17 Avqust, 26 / 11:09

Generallar Şükür Həmidovun qızının toyunda rəqs etdilər - VİDEO

17 Avqust, 26 / 10:54

Gümrüdə evlər su altında qaldı – FOTO

17 Avqust, 26 / 10:40

Milli Qəhrəman Şükür Həmidovun qızının toyu oldu - VİDEO

17 Avqust, 26 / 10:26

Azərbaycanda “su pulu” ilə bağlı mühüm xəbər – Qiymət dəyişəcək?

17 Avqust, 26 / 10:12

30 yaşdan sonra varlanacağı deyilən insanların doğum tarixləri

17 Avqust, 26 / 9:53
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.