Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Yeni təmayül modelində müəllimlərin müsahibəsi davam edir – FOTO

Cəmiyyət

Yeni təmayül tədris modeli tətbiq olunan ümumi təhsil müəssisələrində çalışmaq istəyən müəllimlərin müsahibəsi davam edir.

Bakı Şəhər Təhsil İdarəsindən Çağdaş.Az-a verilən məlumata görə, müsahibələrə yeni təmayül tədris modelinin tətbiq olunduğu ümumi təhsil müəssisələrində fəaliyyət göstərən, həmçinin paytaxtın digər ümumi təhsil məktəblərində çalışan müəllimlər SMS vasitəsilə dəvət olunur.

Bildirilib ki, müsahibələr Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, tarix, coğrafiya, ingilis dili, fizika, kimya, biologiya və informatika fənləri üzrə keçirilir.

Müsahibələr zamanı namizədlərin peşəkar bilik və bacarıqları, pedaqoji fəaliyyət göstəriciləri, eləcə də tədrisin keyfiyyətinə təsir edən digər meyarlar üzrə səriştələri müvafiq komissiyalar tərəfindən qiymətləndirilir.

Müsahibədə uğur qazanan müəllimlərə SMS vasitəsilə bildiriş göndəriləcək.

Qeyd edək ki, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrinin X-XI sinifləri üçün nəzərdə tutulan yeni təmayül tədris modeli üzrə şagird və müəllimlərin qeydiyyat prosesi də davam edir. Hazırki dövrədək qabaqcıl pedaqoji təcrübəyə malik 5000-dən çox müəllim müsahibə mərhələsində iştirak üçün müraciət edib.

Xatırladaq ki, yeni təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə hazırlığının məktəb daxilində daha səmərəli təşkilinə, onların maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə inkişafının dəstəklənməsinə xidmət edir.

Təmayül tədris modelli məktəblərdə işləmək üçün müəllimlərin müsahibəsi