Son dəqiqə
4 oktyabrda bizi nələr gözləyir? – ULDUZ FALI Nazir təhsil işçilərini təltif etdi – SİYAHI Daha bir qurumda yoxlamalar başladı – rəhbər vəzifəsindən azad edildi Azərbaycanda ən çox və ən az pul yatırılan RAYON VƏ ŞƏHƏRLƏR Kürün qədim ana yatağının izləri üzə çıxdı – FOTOLAR Ərdoğan Şanlıurfada Azərbaycan bulvarının açılışında iştirak etdi Kiyevə hücumun qisası alındı: Rusiya daxilində kritik hərbi obyektlər VURULDU İran yenidən bombalanacaq – Tehran böyük hücuma hazırlaşır Arvadı evdən çölə buraxmayan kişilər CƏRİMƏLƏNƏCƏK Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? – AÇIQLAMA
Reklam
Reklam

Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər – Səbəb

Cəmiyyət

Bakıda restoran, hotel və digər ictimai məkanlarda parolsuz “Wi-Fi” şəbəkələrindən istifadə geniş yayılıb. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, belə şəbəkələrə ehtiyatsız qoşulmaq şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi ilə nəticələnə bilər.

Cagdas.az  xəbər verir ki, Baku TV-nin sorğusunda paytaxt sakinlərindən biri açıq şəbəkələrdən istifadə zamanı diqqətli olduğunu bildirib. Digər sakin isə təhlükəni bildiyi halda bəzən belə “Wi-Fi”lara qoşulduğunu deyib.

Mütəxəssislər ictimai şəbəkələrdə bank əməliyyatları və onlayn ödənişlər etməməyi, həmçinin məxfi məlumatları daxil etməkdən çəkinməyi tövsiyə edirlər.

Vəkil Emil Aslanov bildirib ki, dələduzluq hallarına hüquqi qiymət zərərin məbləğindən və hadisənin hallarından asılı olaraq verilir. Onun sözlərinə görə, 500 manatadək zərər xırda talama hesab oluna bilər və 160-240 saat ictimai iş və ya bəzi hallarda üç ayadək inzibati həbs tətbiq edilə bilər.\milli.az\